Məmurlar sahibkarların işləməsinə imkan vermirlər- ƏLİ MƏSİMLİ

Məmurlar sahibkarların işləməsinə imkan vermirlər- ƏLİ MƏSİMLİ “Azərbaycanda məmur-vətəndaş münasibətlərinin arzu olunan səviyyəyə çatdırmaqdan ötrü məqsədyönlü iş görülməlidir. Bəli inkişafımız ləngidən bu problemlər nə qədər tez aradan qalxa,bir o qədər çox tərəqqi edərik”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bundan ötrü məsuliyyət, şəffaflıq yarada bilən ciddi islahatlar getməlidir ki, təkcə insanlığından, şəxsi keyfiyyətlərindən qaynaqlanan müəyyən kəsim məmurlarlar yox, bütün məmurlar fikirdə,sözdə və işdə xalqın xidmətçısınə çevrilsin. “Prezident “ASAN xidmət”in timsalında göstərir ki, əhalini qane edən səviyydə işləmək mümkündür. Həmin meyarlar çərçivəsində işləyən məmurlar təşviqləndirilməli, öz işində nöqsana, yaxud da pozuntuya yol verənlər, xoşagəlməz hallara son qoymayanlar, yəni daha çox özü üçün işləyənlər isə çıxışda deyildiyi kimi onlar lazımi səviyyədə cəzalandırılacaqlar. Bundan sonra hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə daşıyanlar öz fəaliyyətlərində bundan nəticə çıxarmırlar”.
Millət vəkili bildirib ki, ölkə başçısı konfransda həm regional proqramlar çərçivəsində indiyədək görülən və həm də bundan sonra görülməsi,xüsusən də həlli tezləşdirilməsi vacib olan məsələlərdən danışıb: “Doğrudan da az itki ilə ressesiyadan sürətli inkişaf mərhələsinə keçməkdən ötrü, prezidentin öz çıxışında irəli sürdüyü istiqamətlərdə fəaliyyət dairəsəni genişləndirmək, işləri sürətləndirmək və səmərəliliyini artırmaq lazımdır”.
Ə.Məsimli əlavə edib ki, bu baxımdan Prezidentin çıxışında bir neçə məqam diqqətimizi daha çox cəlb elədi: “Bunlardan biri neftimizin hələ onilliklər ərzində tükənməyəcəyini vurğulanmaqla yanaşı, biz artıq postneft dövründə yaşadığımızdan, dövlət qurumlarını daha neft amilinə bel bağlamamasına çağırışıdır. Bununla yanaşı, Prezidentin çıxışında ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq məsələləri xüsusi yer tutur. Kənd təsərrüfatı məhsullarının ixracını 2 dəfə artırmağın tamamilə real hədəf olması məsələsi də diqqətimizi çəkdi. Doğrudan da buna nail olmaqdan ötrü aqrar sahədə yetərincə böyük potensial var. Buna nail olmaqla həm əhalinin yerli məhsulla təchizatını yaxşılaşdırmaq, həm sözügedən kənd təsərrüfatı məhsullarının idxalını azaltmaq və həm də əlavə valyuta qazanmaq olar. Prezident çıxışında qeyd edildiyi kimi,” bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək””- deyə, millət vəkili vurğulayıb.
Prezidentin konkret tapşırılqaırna gəldikdə isə millət vəkili bildirib ki, ölkə başçısının birinci və ikinci regional inkişaf proqramları çərçivəsində həyata keçirilən infrastruktur və sosial xarakterli layihələrin davam etdirilməsi zərurəti ilə bağlı fikirlərinin bu dəfə konkretləşdirərək hədəfləri müəyyənləşdirməsi, həmin tapşırıqları alan məmurların növbəti ilin yekunlarına həsr olunmuş konfransda hesabat vermələri anlamını daşıyır: “Rayonların sürətli qalxınmasın nail olmaqdan ötrü digər məsələlərin həlli ilə yanaşı, həmin konkretləşdirilmiş tapşırıqların da vaxtında yerinə yetirilməsi təmin olunmalıdır. Bunların arasında infrastruktur layihələrinə aid olan məsələlərin həlli sürətləndirilməsi xüsisi yer tutur: “Azərişıq” bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməlidir. Bu il “Azəriqaz” ən azı 80 kəndə qaz verməlidir. “Azəravtoyol” bu il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı öz layihələrini icra edəcək. Bununla bərabər, 40 kənd yolu layihəsi də icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq”.
Bununla belə millət vəkili hesab edir ki, bəzi məmurlar hələ də öz işlərində hazırkı dövrün tələbləri səviyyəsində dönüş yarada bilmədiyindən, islahatlara,əhalinin işgüzar fəallığının artmasına,sahibkarların normal işləməsinə maneçilik törədirlər: “Həm bu cür anormal hallara qarşı mübarizə gücləndirilməli, həm də verilən tapşırıqların necə yerinə yetirilməsi davamlı olaraq qiymətləndirilməlidir.Həmin tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq”.
Mürtəza
Tarix: 31-01-2017, 21:41
Xəbəri paylaş





Xəbər lenti