Hökumət sərmayə adı altında 4 milyardı yoxa çıxarıb

Hökumət sərmayə adı altında 4 milyardı yoxa çıxarıb Ötən il iqisadiyyata yatırım edildiyi elan olunan vəsaitin 4 milyard manata yaxınını hökumət yoxa çıxarıb. Bu barədə iqtisadçı ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev feysbukda məlumat paylaşıb.

İqtisadçı yazır ki, sərmayə adına 4 milyard manata yaxın maliyyə vəsaitinin izi-tozu itib. Sanki bir parça yağlı əppək olub qeybə çəkilib.


N.Əliyev çağırış edir ki, imkanı olan hər kəs hökumətə, deputatlara, YAP rəhbərliyinə sorğu versin, bəlkə həmin vəsaitin izinə düşmək mümkün oldu.

“Xatırlayırsınızsa, bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev çıxışı zamanı açıq şəkildə bildirdi ki, “ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur.”
http://www.president.az/articles/22415

Müşavirədən sonra, yanvarın 24-də Dövlət Statistika Komitəsi isə hesabat yayaraq təsdiq etdi ki, ölkə iqtisadiyyatına 2016-cı ildə cəmi 14,9 milyard manat məbləğində sərmayə yatırılıb. Hesabatda, hətta sərmayələrin yönəldiyi ümumi istiqamətlər də sadalanıb.
http://www.stat.gov.az/macroeconomy/

14,9 milyard manatı çevirsək, 9,3 milyard dollar alınar. Beləliklə, arada 2,4 milyard dollar (11,7 – 9,3) və ya 3,84 milyard manat fərq yaranır.

Sual da bundadır ki, bəs dövlət başçısının haqqında danışdığı sərmayənin 2,4 milyard dolları haradadır? Hansı sahələrə sərmayə edilib?”, – deyə N.Əliyev məsələyə aydınlıq gətirib.

İqtisadçı qeyd edir ki, bir neçə milyardın konkret halda kimə və ya hansı təşkilata verilməsinə aydınlıq gətirilməlidir. “Maliyyə vəsaitlərinin xərclənməsinə dövlət nəzarətini həyata keçirən Maliyyə Nazirliyi milyardla ölçülən vəsaitlərin izinin yoxa çıxmasını sükutla qarşılaya bilməz və qarşılamamalıdır. Hesablama Palatası da bu məsələni yola verməli deyil. Çünki dərin iqtisadi böhran dövrünü yaşayan ölkəmizin indi o milyardlara çox ehtiyacı var”, – deyə o yazıb.
Tarix: 6-02-2017, 14:33
Xəbəri paylaş





Xəbər lenti