Deputatın saytı pulsuzluqdan bağlanır

Deputatın saytı pulsuzluqdan bağlanır “Ann.az” saytının kollektivi tam tərkibdə işdən çıxarılıb. Bu barədə “Azadlıq”a sayta yaxın mənbə məlumat verib. Məlumatda bildirilir ki, saytın bağlanmasına hazırlıq gedir və buna səbəb maliyyə problemidi.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin nəzarətində olduğu bildirilən saytın təxminən 12 əməkdaşına əvvəlcə vəd verilib ki, məsələni ictimailəşdirməsinlər, onlara ayın tam əməkhaqqısı veriləcək. Amma fevralın 6-da onlara gətirib maaşın yarısını veriblər. O da məlum olub ki, 12 işçinin heç birinin əmək müqaviləsi yoxdur.

Asim Mollazadənin rəhbərlik etdiyi partiya və nəzarətində olan sayt üçmərtəbəli bir villada fəaliyyət göstərirdi. Məlumatda bildirilir ki, bu gün həmin villa da boşaldılıb və partiya ikiotaqlı bir mənzilə köçüb. Çünki villanın kirayə haqqını ödəmək də maddi baxımdan mümkünsüz olub.
Tarix: 6-02-2017, 20:06
Xəbəri paylaş





Xəbər lenti