Sərdar Cəlaloğludan şok: “Əli Abbasovun həbs edilməməsinin səbəbi...” - ÖZƏL

Sərdar Cəlaloğludan şok: “Əli Abbasovun həbs edilməməsinin səbəbi...” - ÖZƏL “Əli İnsanov,Fərhad Əliyev həbs edildi.Lakin Əli Abbasov həbs edilmədi. Bu işləri bir-nirinə oxşatmaq olmaz”

Bu sözləri Politika.Az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.


ADP liderinin sözlərinə görə,Əli Abbasov həbs olunsaydı,müəyyən mənada beynəlxalq əlaqələrini açıqlamalıydı, hansı xarici dövlətlərlı iş gördüyünü deməliydi:

“Onda da böyük siyasi skandal əmələ gələrdi.Bu baxımdan Azərbaycan höküməti bu skandalın üzə çıxmaması üçün nə Eldar Mahmudovu, nə də Əli Abbasovu məhkəmə məsuliyyətinə cəlb etdi. Səbəb onların apardığı işin qlobal xarakteri ilə bağlı idi”.

S.Cəlaloğlu hesab edir ki, MTN işində daha ciddi məsələlər var: “Bu hadisələrin həm beynəlxalq ayağı var, həm də mövcud hakimiyyətə dəyə biləcəyi ziyanlar olduğu üçün hökumət dərinə getmədi.

Açığını desəm,bu hadisə məhkəməyə siyasi iş kimi getmiş olsaydı, daha ciddi sensasiya olacaqdı.Ona görədə bu iş bir neçə cinayətkar qruplaşdırmanın ifşası kimi qələmə verildi”.

Qeyd edək ki, rabitə işi üzrə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunsa da, eks-nazir Əli Abbasov mühakimə edilmədi.

V.Zeynalov isə təlimatlarına ona nazirdən gəldiyini açıqlayıb. Ə.Abbasov isə MTN şefi Eldar Mahmudovdan qorxduğu üçün onun tapşırıqlarına boyun əydiyini söyləyib.
Tarix: 6-02-2017, 22:01
Xəbəri paylaş





Xəbər lenti