Çovdarovun “RAF-2006” şirkətini Əhmədzadənin kadrına nə bağlayır? - Sensasiya

Çovdarovun “RAF-2006” şirkətini Əhmədzadənin kadrına nə bağlayır? - Sensasiya Həbsdə olan MTN generalı Akif Çovdarovun təsisçisi olduğu “RAF-2006” MMC barəsində yeni məlumatlar əldə etmişik

Politika.Az-ın media üzərindən apardığı araşdırma zamanı Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi rəisi Əhliman Kərimovun da əməlləri faş olub.


Müəyyən edilib ki, İstismarı idarəsinin balansındakı texnikalar “2006-RAF” MMC şirkətinin Kürdəmirdəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına yönəlib.

Həmin təsərrüfatın fəaliyyətinə nəzarəti Çovdarovun yaxın adamı olan Fəttah adlı bir şəxs həyata keçirib. Sadəlövh vətəndaşlar isə Əhliman Kərimovun törətdiyi qanunsuzluqlar barədə məlumatları MTN-ə yollamaqla bu problemlərin həll olunacağını gözləyirmişlər.

Politika.Az xəbər verir ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin bilavasitə funksional fəaliyyəti demək olar ki, tamamilə dondurulub.

Kollektorların lildən təmizlənməsi işi başlı-başına buraxılıb, qurğuların həddən artıq lillənməsi isə ətraf ərazilərdə böyük fəsadlara səbəb olub. Əhaliyə məxsus məhsuldar torpaq sahələri şoranlaşmaya məruz qalaraq istifadəyə yararsız vəziyyətə düşüb.

İdarənin faktiki fəaliyyətsizliyi nəticəsində körpülər və su keçirən qurğuların əksəriyyəti istifadəyə yararsız vəziyyətə gətirilib. Kollektor və digər hidrotexniki qurğularda əsaslı və cari təmir işləri isə demək olar ki, aparılmır.

Bu faktlar yerli sakinlər tərəfindən MTN-ə ünvanlanıb. Lakin tədbir görülməyib. Çünki idarənin texnikası Çovdarovun MMC-də istifadə edilirmiş.

Çovdarovun Kürdəmirdə balıqçılıq təsərrüfatı yaratması və bununla bağlı torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi, “Xatirə” kafesinə gedən yolun bağlanması ilə əlaqədar epizoda məhkəmə baxışı davam etdirilib.

Hadisələrin baş verdiyi dönəmdə (2006-2010-cu illər) Kürdəmir Rayon İcra Hakimiyyətində başçının torpaq məsələləri üzrə müavini vəzifəsində işləmiş Əşrəf Şükürov şahid qismində ifadə verib. Bildirib ki, 2006-cı ildə icra başçısına icarəyə torpaq götürülməsi ilə əlaqədar müraciət edilib.

Şahid Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin Ərşəli kəndində ayrılacaq 100 hektar ərazinin yüklü olmaması ilə bağlı bildirişindən sonra həmin ərazinin “RAF-2006” MMC-yə 99 illik icarəyə verildiyini qeyd edib.
Tarix: 8-02-2017, 09:45
Xəbəri paylaş





Xəbər lenti