Nərimanovda torpaq alveri: Şahmar İbadov qardaşını bələdiyyəyə necə yerləşdirib? - İddialar

Nərimanovda torpaq alveri: Şahmar İbadov qardaşını bələdiyyəyə necə yerləşdirib? - İddialar Abidin Fərzəliyev 14 ildir ki, Bakının Nərimanov rayonuna rəhbərlik edir

Politika.Az-
a verilən yeni məlumata görə, bu müddətdə rayondakı ərazilərin qarış-qarış satılıb.

Son xəbərə görə, icra başçısının müavini Şahmar İbadovun bələdiyyə üzvü olan qardaşı torpaqların satışında xüsusi fəallıq edir.

Məlumata görə, Ş.İbadov bələdiyyəyə öz yaxın qohum-əqrəbasını yerləşdirib və istəklərini reallaşdırır.

Ş.İbadovun bələdiyyə seçkiləri zamanı əvvəlcədən nəzərdə tutulan 19 adamı hər biri ayrı-ayrılıqda bələdiyyə üzvü seçilib.

Hətta o zaman siyahı mətbuatda təqdim olunub, lakin başçı müavini seçkilərə müdaxilə edib.Bundan sonra Nərimanov ərazilərini pay-püş etmək, bələdiyyənin əli ilə əraziləri satmaq asanlaşıb.

Politika.Az-a verilən başqa bir yeni məlumata görə, Nərimanov rayonunda yeni tikilmiş binaların qazsız olmasıdır. Bu rayon Bakının sənaye ərazisi olub.

Hazırda bir zavod və ya fabrik işləmir.Belə ki, kondisioner zavodu fəaliyyətsizdir, Elektroterm Şin zavodu indi otelə çevrilib, Komvol zavodu, Ulduz zavodu, Bakmil zavod, Elektroştamp zavodu, Mərkəzi elektrotökmə və digər zavodların ərazisixarabalığa çevrilib.

A.Fərzəliyevin yarıtmaz idarəçiliyi nəticəsidir ki, sənaye rayonunda zavodlar dayanıb, yüzlərlə insan böhran dövründə işsiz qalıb.

Habelə, Nərimanovun ara yolları, məhəllələri bərbad vəziyyətdədir. İcra başçısı 14 ildə bu yolları təmir etməyi ağlına gətirməyib.Nəticədə başçı ilə müavini bələdiyyədəki adamların əli ilə rayonun ərazilərini satırlar.

Politika.Az xatırladır ki, Bakının mərkəzi rayonlarından biri iki məmur arasında bölüşdürülüb. Şəhərin tən ortasını sözün əsl mənasında dədə malı kimi pay-püş edən, qubernatorluq yaradan vəzifəli şəxslər bu imkanları bir-birinə yaradıb.

Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb. İcra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb.

Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var. Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas praktiki Ş.İbadovdur.

A.Fərzəliyev Ş.İbadovu qabağa verərək məsuliyyəti onun üzərinə qoyub. Bu, həm ona olan etimaddan irəli gəlir, həm adının hallanmaması üçün bu priyomu istifadə edir.

Məlumatlarda bildirilir ki, ciddi dayaqlara malik olan icra başçısı yüksək çinli məmurlardan bir çoxu ilə hesablaşmır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Politika.Az
Tarix: 24-02-2017, 00:11
Xəbəri paylaş





Xəbər lenti