Nərimanovda vəzifə sahiblərinin fırıldaq əməlləri, ortaya yeni faktlar çıxarır

Nərimanovda vəzifə sahiblərinin fırıldaq əməlləri, ortaya yeni faktlar çıxarır Məzahir Nəsibov: “Binanın aşağıdakı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə, müəyyən güzəştlərlə sosial vəziyyətləri çətin olan ailələrə verilməzi nəzərdə tutulur”

“Gündəm Xəbər”in ötən sayında “Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır-şok iddia” başlıqlı tənqidi açıqlamanın dərci, sözün həqiqi mənasında böyük rezonans doğurmaqdadır. Bu haqda məlumatları redaksiyamıza çatdıran və zərərçəkmiş şikayətçilərdən olan Mübariz Hacıyev adlı şəxs, qəzetin əməkdaşına bildirir ki, “biz Qarabağ mühribəsində iştirak etməsək də, əlil olmasaq da 2012-2016-ci illərdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Nərimanov rayonu, F.X.Xoyiski küçəsi-123A ünvanında yerləşən yataqxanasına qeydiyyata alınmışıq və əlil kimi də mənzil növbəsinə götürülmüşük. Bu haqda Nərimanov rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları da olub.

Bundan sonra Gözdən Əlillər Cəmiyyətinə məxsus və Nərimanov rayonu, Faiq Yusifov küçəsi-40 ünvanında tikilən binadan mənzil vermək adı altında, üstüstə bizlərdən 8 milyon pul da alınıb. Belə bir addımlar Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin intəşkilatçılığı ilə həyata keçirilib və müxtəlif vəzifə sahibi olan məmurlar da, bu və ya digər yollarla atılan addımların iştirakçısı olublar. Onlar ölkənin ayrı-ayrı regionlarından 160-a yaxın sosial vəziyyəti çətin olan ailələrin 8 milyon manat məbləğində pullarını mənimsəyiblər. Həmin şəxslər korrupsiya və dələduzluq əməllərini həyata keçirmək üçün, Nərimanov rayonu ərazisində gözdən əlillərə məxsus F.Yusifov küçəsi-40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanı alətə də çevirirlər.

Bu məqsədlə sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün, ilk əvvəl “işbaz” kimi Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilir və o, məmurların belə məsələləri üzrə “xüsusi makler”i olur. Məzahir Nəsibovun açıqlamalarına görə, icra başçısı Abidin Fərzəliyevin xüsusi və əksəriyyətə bəlli olmayan tapşırığı ilə, mənzil almaq istəyənlərlə danışıqların aparılması və pulların alınması, məhz ona həvalə olunur”.

Baş verənlərə diqqət yetirdikdə ortaya çoxsaylı faktlar, o cümlədən vəzifə sahibi olanların qol qoyduqları qanunsuzluqlar çıxır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında, müxtəlif tədbirlərdə “mən kimi hansı vəzifəyə təyin edirmsə, gedin əhali ilə işləməyi bacarın, onların problemlərinin həlli ilə məşğul olun deyə, lazımi tapşırıqlarımı verirəm” deyir. Bu belə olduğu halda, bəs atılan addımlara hansı qiyməti vermək olar?

Zərərçəkmiş Mübariz Hacıyev bizimlə söhbətində onu da vurğuladı ki, “Məzahir Nəsibov və onun əlaltıları tərəfindən bizə bildirilirdi ki, “dövlət başçısının gözdənəlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi məqsədilə, həmçinin onların cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi üçün, sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi haqda müvafiq tapşırığı var. Hal-hazırda Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə, Gözdən Əlillər Cəmiyyətinə məxsus ərazidə Nərimanov RİH-in rəhbərliyi ilə 12 mərtəbəli bina tikilir. Həmin binanın aşağıdakı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə, müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələrə verilməzi nəzərdə tutulur”.

Mübariz Hacıyev “Gündəm Xəbər”ə açıqlamasında başqa bir məqama toxunaraq onu da bildirdi ki, “Nərimanov RİH və Az.GƏC-nin rəhbərliyi ilə əlaqədə fəaliyyət göstərən və ötən ildən Almaniyada sığınacaq alan Məzahir Nəsibov adlı şəxs, təqribən 160-a yaxın şəxsdən pul alaraq, hər kəsə inşa olunan binadan mənzil veriləcəyini vəd vermişdi. Bir vətəndaşdan 55-65 min, digərindən 100 min və daha çox pul alınan vətəndaşlardan, üstüstə 8 milyon manat pul alınaraq mənimsənilmişdir. Bu gün aldadıldığımızı dərk etdiyimizdən, yalnız pullarımızı geri qaytarılmasını deyil, hər birimizə vurulmuuş zərərin tam ödənilməsini tələb edirik. Düzdür, indi Nərimanov RİH və Az.GƏC qol qoyulan fırıldaq əməllərində iştiraklarını danırlar, amma bizdə onların imzaları və möhürləri ilə təsdiq olunmuş sənədlər var. Bizə qanunsuz saxta sənədləri hazırlayıb verənlər, imtiyazlı mənzil növbəsinə yazanlar, məhz onların özləri olublar. Hətta, Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin Nərimanov RİH başçısı Abdin Fərzəliyevə yazmış olduğu məktubda, bir neçə şəxsin II qrup əlil və ya Qarabağ müharibəsi əlili olduğu da qeyd olunub. Baxmayaraq ki, Nərimanov RİH başçısının 1-ci müavini Şahmar İbadov verdiyi açıqlamalarında ilk öncə həmin sərəncamların həqiqiliyini etiraf edib, amma bir müddət sonra isə saxta olduğundan ləğv olunduğunu da vurğulayıb.

Almaniyada yaşayan Məzahir Nəsibov isə, “Skype” vasitəsilə aparılan danışıqlarda açıqlayır ki, “mən 156 vətəndaşdan pul almışam və pulları Səmyar Abdullayevə verərkən, məbləğindən asılı olaraq hər kəsin verdiyi pulun üstündən 5-10 min manat arası pul da götürmüşəm”. Bu gün Səmyar Abdullayev isə bildirir ki, “guya o, sənədləri skanerlə hazırlayırmış”. O halda sual oluna bilər ki, ötən dörd il ərzində sənədləri skanerlə necə hazırlamaq mümkün olub? Biz zərərçəkmişlər dəqiq məlumatlara malikik ki, vəzifə sahibləri tərəfindən hazırlanan qanunsuz saxta sənədlər Səmyar Abdullayevə pulla birlikdə verilirmiş, o da, “Baksovet”ə (Bakı Şəhər İcra Hakimiyyəti) çatdırırmış. “Baksovet”də sənədlər aparat rəhbəri Rasim Quliyev tərəfindən təsdiqləndikdən sonra, həmin sənədlər Nərimanov RİH-nə göndərilir və az sonra da başçı sərəncamı imzalayırmış. Onu da bildirim ki, Səmyar Abdullayevlə bərabər, Abdin Fərzəliyev də birbaşa qol qoyulan qanunsuzluqların başında durublar və ələ keçirilən pulların daha çoxunu mənimsəyiblər. Mən şəxsən Səmyar Abdullayevlə birlikdə Abdin Fərzəliyevin qəbulunda olmuşam və başçısı mənə deyib ki, “sən heç də narahat olma, hər şey yaxşı olacaq deyə o, mənə belə bir vəd versə də, 2016-cı ilin yazında qəflətən məni Nərimanov RPİ-yə apardılar… Polis rəisi İsmayıl müəllim mənə “sən dələduzsan” dedikdə, “dələduz Səmyarla Abdindir” dedim və o, mənim cavabımdan təəccüb etdi. O halda anladım ki, Abdin Fərzəliyev və Səmyar Abdullayev məni qurban verəcəklər, ona görə də həftə ərzində vizamı qaydaya salıb, müəyyən dövr üçün Azərbaycanı tərk etdim. Bu gün hər birimizin tələbi, yalnız pullarımızın geri qaytarılmasından deyil, bizə vurulmuş zərərin tam ödənilməsindən ibarətdir. Mənim malım-mülküm Azərbaycandadır. Atılan addımlardan, qol qoyulan qanunsuzluqlardan və alınan pullardan RİH-in də, GƏC-in də məlumatı olub”.
Nərimanovda vəzifə sahiblərinin fırıldaq əməlləri, ortaya yeni faktlar çıxarır
Baş verənləri, olub keçənləri, bu gün də həllini tapmayan problemlərin varlığına diqqət yetirdikdə, məhz ortaya çoxsaylı sualla da çıxır.

Respublikamızın müxtəlif regionlarından olan və 160-a yaxın əlil olmayan şəxsləri ailəlikcə yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarıb, məhz GƏC-in yataqxanasına qeydiyyata saldırmaqda məqsəd nə olub? Ümumiyyətlə, 160-a yaxın əlil olmayan şəxsləri ailəlikcə GƏC-in yataqxanasına qeydiyyata salmaq qanunidirmi? 160-a yaxın şəxsi ailə üzvləri ilə birlikdə GƏC-in yataqxanasına qeydiyyata aldırmaq üçün, həmin yataqxananın yaşayış sahəsi buna imkan verirmi? 160-a yaxın əlil olmayan şəxsin mənzil növbəliliyinə götürülməsi üçün, GƏC tərəfindən tərtib olunan və təqdim olunan arayışın məsuliyyəti kimin üzərindədir? Tərəfimizdən Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və GƏC-in prezidenti Səmyar Abdullayevin korrupsiya əməlləri aşkarlandıqdan sonra, Nərimanov RİH-in başçısının bizə məlumat verilmədən adı çəkilən yataqxanadan vətəndaşlıq qeydiyyatlarımızı ləğv etdirməsi və bu günədək əvvəlki qeydiyyatlarımızın bərpa olunmaması, korrupsionerin və korrupsiyanın gücünün nümayiş etdirilməsi deyilmi? Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin 160-a yaxın əlil olmayan şəxsi yaşayış yeri üzrə vətəndaşların ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməsi barədə müvafiq sərəncamlarının, onun əsasları ilə ziddiyyət təşkil etməsində məqsəd nə olub?
a) sərəncamların aşağıda göstərilən əsaslarının imtiyazlı mənzil növbəsi üçün hazırlanmasında, ümumi növbəlilik siyahısı üzrə dövlətin normativ hüquqi sənədlərnin tələblərinin pozulmasını (o cümlədən axırıncı yaşayış yeri üzrə daimi qeydiyyat müddətini) gizlətmək məqsədi daşımayıbmı?
b) sərəncamların aşağıda göstərilən əsaslarının imtiyazlı mənzil növbəsi üçün hazırlanmasında və sərəncamların mətnində bizlərin ümumi növbəlilik siyahısı üzrə mənzil növbəsinə götürülməyimiz kimi göstərilməsində məqsəd, bizlərin saxta əlil kimi qeydiyyata aldıqlarını bizdən gizlətməklə pullarımıza sahib çıxmaq üçün, 1-5 gün ərzində mənzil növbəsinə götürülməyimiz barədə sərəncam vermək və az sonra həmin sərəncamları qanunsuz olduğuna görə ləğv etmək məqsədi daşımayıbmı? sərəncamın əsasları

1) yaşayış yeri: Az.GƏC-in yataqxanası, ünvan: F.X.Xoyski prospekti, 123A
2) vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Nərimanov RİH başçısı Abdin Fərzəliyevlə bərabər, Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Rasim Quliyevin, 160-a yaxın əlil olmayan şəxsi əlil kimi göstərərək imtiyazlı mənzil növbəsinə götürülməsi barədə razılığa gəlmələri cinayət deyilmi?

Məsələn, Nərimanov RİH başçısı Abdin Fərzəliyevin müraciətinə (06.12.2012-ci il tarixli 1/1189 saylı məktub) Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Rasim Quliyevin razılıq məktubu (27.12.2012-ci il tarixli 7-6093/7 saylı məktub):
Nərimanovda vəzifə sahiblərinin fırıldaq əməlləri, ortaya yeni faktlar çıxarır
- Məmmədov Kamran Valeh oğlu (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili
- Abdulrəhimova Zəmanə Sabir qızı (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili
- Yusifov Nəbi Məmməd oğlu (saxta əlil) – III qrup gözdən əlil
- Yusifova Şahnaz Qənbər qızı (saxta əlil) – III qrup gözdən əlil
- Hacıyeva Dürdanə Sərdar qızı (saxta əlil) – III qrup gözdən əlil
- Abdullayeva Şövkət Sərhadağa qızı (saxta əlil) – III qrup gözdən əlil
- Quliyeva Ürfət Əhəd qızı (saxta əlil) – III qrup gözdən əlil
- Nağıyeva Sevil Məsim qızı (saxta əlil) – III qrup gözdən əlil
- Müseyibli Rəşad Əlixan oğlu (saxta əlil) – III qrup gözdən
- Əliyev Seyid Rüstəm Mirsalam oğlu (saxta əlil) – III qrup gözdən əlil
- Məsimov Cavanşir Həsən oğlu (saxta əlil) – III qrup gözdən əlil


160-a yaxın ailənin mənzil növbəsinə götürülməsi barədə, onların heç bir müraciətləri olmadığı halda, 1-5 gün müddətinə hansı məqsədlə mənzil növbəsinə götürülürlər? kütləvi saxta sənədlər hazırlamaqla, 160-a yaxın ailənin mənzil növbəsinə götürülməsində məmurların məqsəd nə idi? mənzil növbəsi üçün müraciətlərimiz olmadan, hətta məmurlar tərəfindən hazırlanan saxta sənədlər kütləvi olaraq toplanmadan (və yaxud sonradan toplanan) 160-a yaxın ailənin mənzil növbəsinə götürülməsində məqsəd nə olub? O cümlədən sonradan toplanmış aşağıdakı sənədlər: mənzil növbəsinə götürülən şəxslərin adına mənzil və yaxud mənzil tikintisi üçün torpaq sahəsinin olmaması barədə arayışlar; mənzil növbəsinə götürülmələri haqda Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubu olmadan, sakinlərin mənzil növbəsinə götürülmələri barədə sərəncamlar verilmişdir.

Məsələn, Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubu 27.12.2012-ci il tarixdə olduğu halda, sərəncamlar ondan əvvəlki tarixlərdə verilmişdir:

- Məmmədov Kamran Valeh oğlu barədə 04.10.2012-ci
- Abdulrəhimova Zəmanə Sabir qızı barədə 23.10.2012-ci,
- Yusifov Nəbi Məmməd oğlu barədə 07.11.2012-ci,
- Yusifova Şahnaz Qənbər qızı barədə 07.11.2012-ci,
- Hacıyeva Dürdanə Sərdar qızı barədə 07.11.2012-ci,
- Abdullayeva Şövkət Sərhadağa qızı barədə 06.12.2012-ci,
- Nağıyeva Sevil Məsim qızı barədə 24.12.2012-ci,
- Müseyibli Rəşad Əlixan oğlu barədə 06.12.2012-ci,
- Əliyev Seyid Rüstəm Mirsalam oğlu barədə 16.12.2012-ci,
- Məsimov Cavanşir Həsən oğlu barədə 27.11.2012-ci,
- Əliyev İlqar Kərəm oğlu barədə 06.12.2012-ci il.

dövlət məmurları tərəfindən 160-a yaxın əlil (o cümlədən gözdən əlil) olmayan insanlara ev verilməsi adı ilə Az.GƏC-in yataqxanasına qeydiyyata alınması və ev növbəliliyinə götürülməsi və sonradan bu sənədlərin özləri tərəfindən ləğv edilməsi dövlət məmurlarının qanunsuz və saxtakarlığını bir daha təsdiq etmirmi?

• dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz qərarların qəbul edilməsinə təsir edən amil, yəni pullarımızın mənimsənilməsi korrupsiya amili deyilmi?
• yuxarıda göstərilən bu kimi faktlar, 160-a yaxın kasıb ailədən alınan 8 (səkkiz) milyon manat pula sahib olmaq məqsədi daşımırmı?

Hörmətli oxucular! “Gündəm Xəbər” qəzeti olaraq daim ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü problemlərin varlığına toxunuruq, onların ictimailəşməsinə də çalışırıq. Sözsüz ki, açıqlamada sadalanan və bu gün də həllini tapmayan problem, təqribən 156 nəfər ailənin üz-üzə qaldıqları problemdir. Təəccüb doğuran hal odur ki, problemin əmələ gəlməsinə cavabdehlik daşıyanlardan bəziləri müəyyən vəzifələrin daşıyıcısıdırlar və onların əməlləri ilə bağlı, bu günədək lazımınca araşdırmalar aparılmır. Məsələn, bu haqda “Gündəm Xəbər”ə müraciətlərini ünvanlayan çoxsaylı şikayətçilər yazırlar ki, “biz vurulmuş zərərin tam ödənilməsi üçün bu günədək haqlı mübarizəmizi aparmışıq, aiddiyyəti qurumlara şikayətlərimizi ünvanlamışıq, mətbuat konfransı təşkil etmişik, hətta xarici ölkələrin rəhbərlərinə müraciətlərimizi göndərmişik, təəssüflər olsun ki, belə bir addımlara baxmayaraq bu gün də heç bir nəticə yoxdur. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzunu diqqətdə saxlayacağıq.
Tarix: 5-03-2017, 09:01
Xəbəri paylaş





Xəbər lenti