Bərdə maliyyə rəisi Mehman Allahverdiyev kimə arxalanır?

Bərdə maliyyə rəisi Mehman Allahverdiyev kimə arxalanır? Tərəfdar.az xəbər verir ki, bir neçə gün öncə Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevin Tərtər rayon icra hakimiyyətinə başçı gətiriləcəyi haqda bir neçə saytlar məlumat vermişdi.

Tərəfdar.az Mehman Allahverdiyev haqda mətbuatda yazılanlar əsasında qısa araşdırma aparıb.


Mehman Allahverdiyev kimdir?

Tərəfdar.az-ın media üzərində araşdırması zamanı məlum olub ki, Bərdə maliyyə rəisi Mehman Allahverdiyev Gəncəbasar “qubernatoru” Elmar Vəliyevin xalası oğludur. Və bu qohumluq Mehman Allahverdiyevin Tərtərə icra başçısı getməsi şansını artıran faktorlardan biri kimi qiymətləndirilir.
Digər bir maraqlı məlumat isə, Mehman Allahverdiyev həm də Yevlaxın icra başçısı Qoca Səmədovun və Bərdənin icra başçısı Vidadi İsayevin qohumu olduğu bildirilir.
Arxasında üç icra başçısı dayanan Mehman Allahverdiyevə kim “dur” deyə bilər? Üç icra başçısı onun zəmanəti sayılır. Və belə olan halda yazılanlar gerçəkləşə bilər..
Mehman Allahverdiyev haqda digər bir yazılan məlumat ondan ibarətdir ki, hazırda Bərdə maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacağı bildirilir.


Tərəfdar.az xəbər verir ki, məlumata görə, büdcə təşkilatları belə bir zamanda rəisin hərəkətlərindən cana doyub və Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə şikayərlər yazırlar.
Aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev kifayət qədər etibarlı şəkildə “sığortalanmış” məmurlardandır və Elmar Vəliyevin dəstəyi ilə Tərtər Rayon İcra Başçısı vəzifəsinə gətirilə bilər.

Bu iddialarla bağlı maliyyə rəisinin mövqeyini dərc etməyə hazırıq.

Ə.Nicat
Tərəfdar.az
Tarix: 10-03-2017, 17:21
Xəbəri paylaş





Xəbər lenti