“Onlar öz vəzifələrini yerinə yetirsəydilər, bəlkə də Elçibəy yıxılmazdı”

“Onlar öz vəzifələrini yerinə yetirsəydilər, bəlkə də Elçibəy yıxılmazdı” Sərdar Cəlaloğlu: “Əgər Elçibəy 3-4 il hakimiyyətdə qalsaydı...”


Sabiq müdafiə naziri Rəhim Qazıyevin mərhum prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi fikirlər bir neçə gündür ki, mediada ciddi müzakirələrə səbəb olmaqdadır. Hansı ki, bu müzakirələr o dövrün hadisə və proseslərinin yenidən təhlil və qiymətlndirilməsinə yol açır.


Moderator.az -a açıqlamasında Ə.Elçibəy dönəmi ilə bağlı fikirlərini dilə gətirən ADP sədri Sərdar Cəlaloğlu, Elçibəyin çox az müddətdə hakimiyyətdə olduğunu və bu səbəbdən də xalqın, dövlətin mənafeyinə xidmət edən bir çox layihənin yarımçıq qaldığını vurğuladı:
“Onlar öz vəzifələrini yerinə yetirsəydilər, bəlkə də Elçibəy yıxılmazdı”


“Bu gün Elçibəyin adını müdafiə edənlər arasında kimlərin hansı işlə məşğul olduğu bizə bəllidir. Elçibəyin o vaxtkı müxalifətinin də nə ilə məşğul olduğu bizlərə yaxşı bəllidir. Biz bunları danışmırıq deyə, o demək deyil ki, Elçibəy ölüb deyə kim istəsə ağzına gələni danışa bilər?

Elçibəy 7-8 ay prezidnt oldu. Onun da 4-5 ayı xarici dövltələrə səfərlərə, onlarla əlaqələr qurmağa sərf olundu. Elçibəyin hakimiyyət dövrünün qısalığı Elçibəyin xalqla bağlı arzularını həyata keçirməyə imkan vermədi. Buna görə də bir çoxları bundan istifadə edib onu ittiham etməyə çalışır. Əgər Elçibəy 3-4 il hakimiyyətdə qalsaydı, xalq Azərbaycanın necə bir Azərbaycan olacağını görəcəkdi.
Elçibəy cəmi bir neçə ay hakimiyyətdə oldu. Bütün proyektlər yarımçıq qaldı. Xalq üçün, dövlət və millət üçün nəzərdə tutulan ideyalar həyata keçirilə bilmədi. Bəzi adamlar isə bundan istifadə edib xalqa və dövlətə qarşı xəyanət yolu tutdular. Öz vəzifələrini yerinə yetirmədilər. Əgər həmin vaxt hökumətdə təmsil olun nazirlər öz vəzifələrini lazımınca yerinə yetirsəydilər, bəlkə də Elçibəy yıxılmazdı”.

Seymur Əliyev
Tarix: 26-07-2017, 11:29
Xəbəri paylaş





Xəbər lenti