“Oğru görmək istəyirsinizsə, 5-10 milyon dollarlıq villalara baxın”- ”Onlar cəmiyyətdən çəkinmir, utanmırlar”

“Oğru görmək istəyirsinizsə, 5-10 milyon dollarlıq villalara baxın”- ”Onlar cəmiyyətdən çəkinmir, utanmırlar” “Parta arxasından yenicə duran məmur uşaqları milyon manatlıq maşın sürür”



Baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi qəza məmur və məmur yaxınlarının harınlığı ilə bağlı ənənəvi mövzunun yenidən aktuallaşmasına səbəb olub. Maraqlıdır, məmur yaxınlarının zaman-zaman ölkə gündəmini zəbt edən özbaşınalıqlarının kökündə nə dyanır? Bu, fərddən, yoxsa mövcud idarəetmə sisteminin mahiyyətindən qaynaqlanan problemdir?


Anaxeber.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu, qətiyyən fərdi məsələ deyil. Tək-tək baş verən hadisə deyil. Çıxın şəhərə baxın. Qiyməti 100-250 min, bəzən isə milyon yarım olan avtomobillərə baxın. Və bilin ki, bu pullar haram pullardır. Bunlar cəmiyyətdən oğurlanan pullardır.
Bahalı maşınlar əslində bir göstəricidir. Oğru görmək, oğruların kim olduğunu bilmək istəyirsinizsə, 5-10 milyon dollarlıq villalara baxın. Parta arxasından yenicə duran uşaqların bir milyonluq maşın sürməyinə baxın. Onlar öz əlləri ilə bayraq kimi göstərirlər ki, biz, bizim ailələrimiz oğrudur. Qoy cəmiyyət görsün ki, biz oğruyuq. Bu oğruları müəyyənləşdirmək üçün istintaq aparmaq lazım deyil. Onlar cəmiyyətdən çəkinmir, cəmiyyətdən utanmırlar. Törətdikləri cinayəti bizim gözümüzə soxurlar”.
Siam.az
Tarix: 6-08-2017, 16:04
Xəbəri paylaş





Xəbər lenti