Uşaqlarına maşın verən valideynlər, sərxoş sürücülər... İSTİRAHƏT MƏRKƏZLƏRİNDƏ REYD - VİDEO

Uşaqlarına maşın verən valideynlər, sərxoş sürücülər... İSTİRAHƏT MƏRKƏZLƏRİNDƏ REYD - VİDEO Goranboyun Ağcakənd qəsəbəsi ərazisində istirahət məkanları çoxdur.
Ovqat.com APA TV-yə istinadən xəbər verir ki, yayda burada avtomobil hərəkətinin intensivliyi kəskin artdığından yol polisi sürücülərin hərəkət qaydalarına riayət etməsi məsələsini nəzarətdə saxlamaq məqsədilə mütəmadi reydlər keçirir. Əsasən Xocalıdan olan məcburi köçkünlərin yaşadığı bu ərazidə reydlər də Xocalı rayonunun yol polisi əməkdaşları tərəfindən keçirilir.
Çox təəssüf ki, bu dəfə də həmişə olduğu kimi özlərinin, yaxınlarının və digər vətəndaşların həyatına biganəlik göstərərək, yollarda hərəkət qaydalarına riayət etməyən, sənədsiz, başqasının avtomobilini, yaxud da texniki baxış müddəti ötmüş maşın idarə edənlərə rast gəlinib.
Təəssüf ki, çox zaman olduğu kimi, bu dəfə də necə deyərlər, "reydlərin yaraşığı" olan sərxoş sürücülər də aşkarlanıb.
Ağcakənd qəsəbəsi ərazisindəki dağ yolundakı son reyd zamanı 5 nəfər sərxoş sürücü aşkarlanıb, həmçinin ümumən idarəetmə və hərəkət qaydalarını pozan 16 nəfər barəsində müxtəlif protokollar tərtib edilib.
Siam.az
Tarix: 7-08-2017, 23:28
Xəbəri paylaş





Xəbər lenti