“10 il də danışıqlar davam etsə, münaqişənin həllində heç nə dəyişməyəcək” - Elxan ŞAHİNOĞLU

“10 il də danışıqlar davam etsə, münaqişənin həllində heç nə dəyişməyəcək” - Elxan ŞAHİNOĞLU “Azərbaycana bu cür görüş imitasiyası lazım deyil”

“Erməni separatçıları və onlara havadarlıq edən Minsk Qrupu vasitəçiləri hər yerdə belə xəbər yayırlar ki, guya Azərbaycan və Ermənistan prezidentləri BMT-nin sentyabr sessiyası zamanı Nyu-Yorkda görüşəcəklər”.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğu bildirib.

“Görüş xatirinə görüş ermənilərə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsınlar”

“Birincisi, prezidentlərin Nyu-Yorkda görüşməsi üçün gərək hər ikisi BMT sessiyasına qatılsınlar. Buna böyük şübhəm var. Prezidentlər heç də hər il BMT sessiyalarının açılış mərasimlərinə qatılmırlar. İkincisi, Dağlıq Qarabağ danışıqlarında hansı irəriləyiş var ki, prezidentlər bu “irəriləyişi” əllərində rəhbəri tutaraq görüşüb fikir mübadiləsi aparsınlar. Görüş xatirinə görüş ermənilərə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsınlar, ona görə də hər yerdə “prezidentlər görüşəcək” dezinformasiyasını yayırlar”, - deyə politoloq bildirib.

“Rəsmi Bakı İrəvana ultimatum verməlidir ki, bütün rəsmi danışıqlara marotorim qoyuruq”

Şahinoğlu vurğulayıb ki, Azərbaycana bu cür görüş imitasiyası lazım deyil: “Deyiləsi bütün sözlər deyilib, ortada da heç nə yoxdur. 10 il də danışıqlar davam etsə, münaqişənin həllində heç nə dəyişməyəcək. Ona görə də işğalçıya təzyiqə davam etmək lazımdır. Uzaqbaşı xarici işlər nazirləri görüşüb yalandan vaxt öldürə bilərlər. Əslində, heç bu da Azərbaycana lazım deyil. Rəsmi Bakı İrəvana ultimatum verməlidir ki, “mərhələli həll” planını qəbul etməyənə və Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır olmayana qədər sizinlə bütün rəsmi danışıqlara marotorim qoyuruq”.

Şamo
Tarix: 15-08-2017, 09:41
Xəbəri paylaş





Xəbər lenti