Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır

Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır Ermənistanın Avrasiya İttifaqından çıxması tələb edilir

Ermənistanda Rusiya əleyhinə isteriya yağışdan sonra göbələyin artması kimi artır.
Erməni KİV-ləri hər gün Moskvaya hücumu artırır. Onların fikrincə Moskva erməni siyasətinə ciddi maneçilik törədir. Məsələn, "Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır” məqaləsində deyilir ki, Kreml Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərində iştirakını sinirə bilmir.

Erməni nəşrlərinin başqa dərclərində isə iddia edilir ki, Moskva İrəvana xəbdarlıq edərək başa salır ki, NATO ilə hər hansı yeni saziş bağlanarsa, o, Azərbaycana yeni müharibə üçün xeyir-dua verəcək. Yəqin ki, bütün bu kampaniya rəsmi İrəvanın səssiz razılığı əsasında gerçəkləşdirilir.
Bundan başqa, hətta müxalifətdən olmayan bəzi deputatlar da tələb edirlər ki, Ermənistanın Avrasiya İttifaqından çıxarılması məsələsi səs verməyə qoyulsun. Bu isə Rusiya ilə iqtisadi əlaqələrin tam kəsilməsi və əlbəttə ki, nə cürsə Avropa Birliyinə daxil olması deməkdir.
Hətta yerli ekspertlərin fikrincə, bu cəhd iflasa məhkumdur. Bəllidir ki, Avropa Birliyinin bu respublikadkı səfiri baş tutmuş parlament seçkilərini ən aşağı səviyyədə qiymətiləndirir. O, İrəvanda keçirilmiş mətbuat konfransında çıxış edərək seçkilərdə rüşvət və satınalma hallarından danışıb. Buna görə Ermənistanın bir sıra vəzifəli şəxsmləri tərəfindən tənqid edilib.
Hələ ki, hakim Respublika Partiyası Avrasiya İttifaqından çıxmaq məsələsinə qarşı çıxır. Bu barədə jurnalistlərə partiyanın mətbuat katibi Eduard Harmazanov bildirib.
"Əgər biz Avrasiya İttifaqına girməsəydik, Ermənistan yalnız bazarda pomidor və xiyar sata bilərdi”,- deyə o bildirib.
Hakim partiyanın təmsilçisi vəd verib ki, bu ilin payızında Ermənistanın Avrasiya İttifaqına daxil olduğu müddət ərzində qazandığı nailiyyətlər barədə ətraflı hesabat verəcək.

Siam.az
Tarix: 19-08-2017, 00:16
Xəbəri paylaş





Xəbər lenti