Putin-Sərkisyan görüşündən nə gözlənilir? - Politoloq

Putin-Sərkisyan görüşündən nə gözlənilir? - Politoloq Putinin Sərkisyanı qəbul etməsi sıradan bir görüşdür.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O, Putinin mütəmadi olaraq bu cür görüşlər keçirdiyini bildirib:

“Ermənistan Prezidenti Serj Sərkisyan bu gün Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu görüşlə bağlı onu deyə bilərəm ki, Rusiya Prezidenti Vladimir Putinin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyini gözləmirəm. Bunu ona görə qeyd edirəm ki, bəzən ictimaiyyətə bu kimi görüşlərdən əvvəl yanlış mesajlar ötürülür. Bu, həmişə olduğu kimi, sıradan bir görüşdür”.
Tarix: 23-08-2017, 13:45
Xəbəri paylaş





Xəbər lenti