Azərbaycan ordusu Naxçıvana hücum aviasiyası yerləşdirib

Azərbaycan ordusu Naxçıvana hücum aviasiyası yerləşdirib Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələrinin təlim uçuşları həyata keçirdiyinə dair məlumat yayıb. Virtualaz.org xəbər verir ki, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.Təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçirib.

Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.



Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir.

Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.

"Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır", - deyə məlumatda bildirilir.

Azərbaycan ordusu Naxçıvana hücum aviasiyası yerləşdirib

Uçuşları uğurla başa vuran heyətlərə Komandanlıq tərəfindən təşəkkür elan edilib.

Azərbaycan ordusunun Naxçıvanda hücum aviasiyası yerləşdirməsi faktı ilk dəfə ictimaiyyətə açıqlanır. Bu, Azərbaycanın böyük strateji əhəmiyyətə malik olan eksklav bölgədə böyük miqdarda silah və hərbi texnika, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, T-90S tankları, “Kasırğa” reaktiv yaylım atəşi sistemləri yerləşdirməsinin ardınca baş verir.

Azərbaycan ordusu Naxçıvana hücum aviasiyası yerləşdirib

Hazırda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu böyük atəş gücünə malik olmaqla Ermənistan paytaxtı da daxil olmaqla düşmən ərazisinin dərinliklərində istənilən hədəfə zərbə endirmək imkanındadır. Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun sərəncamına verilən hücum aviasiyası isə döyüş gücünü daha da artıracaq. Habelə məlumdur ki, Naxçıvanda Ermənistanın bütün hava hücumundan müdafiə sistemini “kor” edə bilən radioelektron mübarizə vasitələri, pilotsuz uçan aparatlar, o cümlədən pilotsuz zərbə aparatları yerləşdirilib.



Naxçıvan İrəvana ən yaxın Azərbaycan ərazisidir və bu bölgədə cəmləşdirilmiş döyüş vasitələri ilə Ermənistan paytaxtına dağıdıcı zərbələr endirmək mümkündür. Bu, mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı Ermənistan üçün ciddi çəkindirici amil olacaq. Ermənistan nəzərə almalıdır ki, sərəncamındakı "İsgəndər" raketlərindən istifadə etmək fikrinə düşsə Naxçıvan istiqamətindən qurudan və havadan dağıdıcı zərbələrlə qarşılaşacaq.

Tarix: 23-08-2017, 13:51
Xəbəri paylaş





Xəbər lenti