“Mehman Əliyevin həbs edilməsi öləziyən illüziyalara birdəfəlik son qoydu” - Arif HACILI

“Mehman Əliyevin həbs edilməsi öləziyən illüziyalara birdəfəlik son qoydu” - Arif HACILI “Mehman Əliyev müasir Azərbaycan mətbuatının Nəcəf Nəcəfov, Elmar Hüseynov kimi əfsanəvi simaları ilə bir sırada dayanacaq simvollarından biridir”. Hurriyyet.org xəbər verir ki, bu sözləri Müsavat Partiyasının sədri Arif Hacılı “feysbuk” səhifəsində yazıb.

“Mehman Əliyevin həbsi hakimiyyətin yalnız söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdi deyil, bu həm də ölkənin ziyalı təbəqəsinə, bütövlükdə xalqa qarşı hörmətsizlik, saymamazlıq aktıdır.

Hakimiyyət bu addımı ilə cəmiyyətlə qarşıdurmadan çəkinmədiyini, ölkədə vətəndaş sülhünün yaranmasına qarşı olduğunu bir daha təsdiq etdi.

Zaman- zaman hakimiyyətin islahatlara başlayacağına, siyasi məhbusların azad ediləcəyinə az da olsa ümid edən Mehman Əliyevin özünün həbs edilməsi bu öləziyən illüziyalara da birdəfəlik son qoydu.

Hakimiyyət üzərimizə inzibati resursun bütün əzici gücü ilə gəlir. Toparlanmalıyıq”, - deyib partiya sədri.

Siam.az
Tarix: 26-08-2017, 00:06
Xəbəri paylaş





Xəbər lenti