Məmurların “gül balaları”nın maşınları müsadirə edilə bilər, əgər... - EKSPERT

Məmurların “gül balaları”nın maşınları müsadirə edilə bilər, əgər... - EKSPERT “İri məmur övladlarının rezonans doğuran kriminal əməlləri artıq sistemli xarakter alıb. Hətta onları, xüsusən onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır”.

Cebhe.info xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Ərşad Hüseynov deyib.


Ekspertin qənaətincə, bununla bağlı bütün istiqamətlərdə səmərəli mübarizə olmalıdır:
Məmurların “gül balaları”nın maşınları müsadirə edilə bilər, əgər... - EKSPERT
“İlk növbədə qanun çərçivəsində. Yaxşı presedent yaradılmalıdır ki, əsl xəbərdaredici effekt versin. Məsələn, cinayət və cinayət-prosessual qanunvericilikdə belə bir qəti tələb var ki, konkret kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır (CPM-in 221-ci maddəsi və s.). Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin “gül balaların” avtomobil kolleksiyasının mənbəyi, onların belə dəbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır. Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək “gül balaya” döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq”.

Yeganə Oqtayqızı
Tarix: 29-08-2017, 15:19
Xəbəri paylaş





Xəbər lenti