“Bir məmurun ki, arvad erməni ola...” - Əli Həsənovun ailəsi villada, qaçqınlar zirzəmidə - Video

“Bir məmurun ki, arvad erməni ola...” - Əli Həsənovun ailəsi villada, qaçqınlar zirzəmidə - Video Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsinin 3 milyonluq maşın kolleksiyasına xərclənən pullara 80 min köçkünün kommunal problemlərini həll etmək olardı.
Amma o kolleksiyadakı bahalı avtomobillərdən birini sürməklə iki nəfərin canını alan komitə sədrinin nəvəsi həbsdədir, minlərlə köçkün zülm-zillət içərisindədir.



AnaXeber.az-ın verdiyi məlumata görə, əgər maşın kolleksiyasına gedən dövlətin pulları köçkünlərə verilsəydi Ağdamın musiqi təmayüllü internat orta məktəbinin müəllimləri etiraz aksiyası keçirməzdilər.
Amma “Qaçqınkom” sədri onları düşünmədən öz nəvəsinin, ailəsinin varlanmasına şərait yaradıb. Ona görə də dondurulmuş maaşlarının kəsilməsinə etiraz edən internat məktəbinin müəllimləri aksiya keçirmək məcburiyyətində qalıblar.
Onlar avqustun 28-də qaçqın yataqxanasının qarşısına toplaşıblar. Köçkün müəllimlər bildiriblər ki, Avropa dövlətlərinə müraciət edəcəklər:
“Bizi insana dəyər verən ölkələr qəbul etsin. Bizim Azərbaycan vətəndaşlığından imtina etməkdən ayrı yolumuz qalmır.
Mənə 4 divar tikib, “oboy”u başıma tökülən evlər lazım deyil. 25 il yataqxanalarda çürüyürük, bundan sonra olsa nə dəyişəcək. Ya bizə öz yurdumuz qaytarsınlar, torpağımız versinlər, ya da buna gücü çatmırsa, pulumu versin, işimi versin.
İşığı, qazı, suyu kəsdilər, indi maaşlar kəsirlər, sabah da deyəvəklər ki, çıxın gedin küçədə gecələyin. Hadı Rəcəbli deyir, gedin usta işləyin, Bahar Muradova deyir ki, kitabınız bağlandı”.


AnaXeber.az-ın verdiyi məlumata görə, Ə.Həsənov 25 ildə bütün köçkünlərin çətinliklərinə son qoya bilərdi. Ən azı yataqxanada bir qaçqın da qalmazdı.
Amma komitə sədri nəvəsi Nail Allahverdiyevin “Qalendvagen” sürməsini köçkünün 2 otaqlı ortabab təzə mənzildə yaşamasından üstün tutub.
Şikayətçilər də sual edirlər ki, “Qaçqınkom” qaçqınlarla maraqlanmırsa, bu qurum ləğv edilsin:
“Əli Həsənovun oğlu polisdə işləyir, onun ölkəni tərk etmək ixtiyarı yoxdur, amma günün xaricdə keçirir. Nəvəzi “avtoş”luq edirdi, nəticəsini də hamınız gördünüz. Onların nəyi çatmır?
Bir söz var, deyir, haralısan, cavab verir ki, hələ evlənməmişəm. Bir məmurun ki, arvadı erməni ola, o evdə arvadın sözünü eşidiləcək yoxsa 1 milyon qaçqının?
“Qaçqınkom” köçkünlərin hüquqlarını müdafiə edən komitədir. Əgər bizi qorumursa, onların fəaliyyəti kimə lazımdır? Biz tələb edirik ki, iş verilsin, ev verilsin. 25 ildir zir-zibilin içindəyik”.
Köçkünlər “Qaçqınkom” tərəfindən dövlətin onlara verəcəyi evlərin satılması və bu kimi qanunsuz hallardan da şikayətləniblər.

AnaXeber.az-ın verdiyi məlumata görə, Ə.Həsənovun evləri satması ittihamı təftişə səbəb ola bilər.
Komitəyə bundan əvvəl də bu ittihamlar irəli sürülüb. Əgər araşdırmalar başlansa, bu cür korrupsiya faktlarına rast gəlinə bilər.
Digər diqqət çəkən nüans isə internat məktəbi müəllimlərinin aksiyasında Ə.Həsənovun həyat yoldaşının milli mənsubiyyətinə toxunulmasıdır.
Aksiya iştirakçılarından biri açıq şəkildə bəyan edir ki, onun xanımı milliyyətcə ermənidir və o, 1 milyon qaçqının səsini eşitmir. Təbii ki, 1 milyon azərbaycanlı öz yuvasından məhz erməni işğalına məruz qaldığı üçün didərgin düşüb.
Bu halda Ə.Həsənovun Azərbaycan xalqına münasibətinə diqqət yetirilməlidir. Həqiqətən də komitə sədri millətini sevirmi, köçkünlərin dərdinə şərik çıxırmı, yaralarını, ağrılarını bölüşürmü?

Ümumiyyətlə, vaxtaşırı bəzi məmurların arvadlarının erməni olduğu fikirləri səslənib. Azərbaycanda 30 min erməni yaşadığı da sirr deyil.
Azərbaycan dövləti də Ermənistan dövlətindən fərqli olaraq, həm Bakının mərkəzində erməni kilsəsini saxlayıb, həm Gürcüstanda erməni kilsəsinə qaz verib, həm də Bakıda 30 min erməni yaşayır. İrəvanda, Gümrüdə bir azərbaycanlı yaşamır.
Bununla belə, Azərbaycanın humanist və sülhpərvər olması heç də Ə.Həsənova əsas vermir ki, yurdu viran qoyulmuş köçkünlərin problemlərinə biganə yanaşsın, həyat yoldaşı ilə villalarda, lüks şəraitdə yaşadığı halda qaçqınlar 25 il yataqxanalarda qalmağa məhkum edilsin.
Əlbəttə ki, minlərlə köçkünü hökumətin üstünə qaldıran da, seçkiqabağı qaçqınları dövlətdən narazı salan da, cəmiyyətdə gərginlik yaradan, qıcıq doğuran da, nəvəsinin qudurğanlığı ilə xalqı qəzəbləndirən də Ə.Həsənovdur.
Bu gün təkcə internat müəllimlərinin dondurulmuş maaşları kəsilmir, eləcə də köçkünlərin çörək pulu azaldılır, kommunal limit azaldılır, işsizlik, yoxsulluq girdabında boğulur, qaçqın ailələrdə doğulan uşaqlar normal təhsil ala bilmir, kredit, borc içində çabalayır, mənzil şəraiti hələ də bərbad olanlar var, zirzəmilərdə, yataqxanalarda, şəraitsiz, xəstəlik tüğyan edən ərazilərdə yaşayanlar var.
“Bir məmurun ki, arvad erməni ola...” - Əli Həsənovun ailəsi villada, qaçqınlar zirzəmidə - Video
Halbuki, Azərbaycan dövləti və onun Ali Baş Komandanı köçkünlərə göstərdiyi həssaslığı, diqqəti, qayğını heç bir zümrəyə qarşı nümayiş etdirmir.
Prezident doğum günlərini şəhid ailələri, qaçqın ailələri ilə qeyd edir, onların mənzil və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində daim addım atır. Amma ayrılan vəsaitlər heç də həmişə təyinatı üzrə xərclənmir, heç də köçkünlərə çatmır.
Bəzən də bu pullar Ə.Həsənovun ailəsi ilə villalarda yaşamasına, nəvəsinin 3 milyonluq maşın kolleksiyasına sahib olmasına sərf edilir. Heç bir şərhə ehtiyac qalmır, sadəcə bu videoni izləmək kifayətdir:
AnaXeber.az
Turan
Tarix: 30-08-2017, 09:54
Xəbəri paylaş





Xəbər lenti