Azərbaycan torpağında qlobal güclər toqquşacaq: Aylar sonra başlanacaq TAM MİQYASLI MÜHARİBƏ

Azərbaycan torpağında qlobal güclər toqquşacaq: Aylar sonra başlanacaq TAM MİQYASLI MÜHARİBƏ "Dağlıq Qarabağda tammiqyaslı müharibə başlanacaq".

Publika.az xəbər verir ki, bu proqnozla “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin inkişafını şərh edərkən çıxış edib.


Ekspertlər əmindirlər ki, Qarabağ regionunda tammiqyaslı müharibənin başlanmasına az vaxt qalıb.

Proqnoza görə, müharibə bu ilin sonunda alovlana bilər.

“Mümkündür ki, 2017-ci ilin sonunda Qarabağ ətrafında hərbi hərəkətlər aktivləşəcək və geniş müharibə başlanacaq. Hazırda regionda davam edən atışmalar proseslərin bu cür inkişafını proqnozlaşdırmağa imkan verir”, - deyə ekspertlər vurğulayıb.

Nəşr həmçinin, qeyd edir ki, dünya oyunçuları da bu müharibəyə qoşula bilər: “Bu isə toqquşmaları daha gözlənilməz və təhlükəli edəcək”.

Asif
Tarix: 5-09-2017, 21:25
Xəbəri paylaş





Xəbər lenti