Bu nə biabırçılıq? (VİDEO)

Bu nə biabırçılıq? (VİDEO) Kanalizasiya suyu evlərə və obyektlərə ziyan vurub. Söhbət Binəqədi rayonu, "Baksol" adlanan yaşayış massivindən gedir. Massivdə olan daş karxanaları tərəfindən tullantılar birbaşa kanalizasiyaya axıdılır. Nəticədə su daşaraq böyük gölün yaranamasına səbəb olub. Ərazi xəstəlik mənbəyinə çevirilib. Bənzər problem sumqayıtın "yaşıldərə" adlanan ərazisində də yaşanır

Kanalizasiya suyu daşaraq ətrafa yayılıb. Bir neçə ev və obyekt su altında qalıb.


Görüntülər Paytaxtın Binəqədi rayonu, Baksol adlanan yaşayış massivindəndir. Sakinlərin sözlərinə görə, təxminən 2 aya yaxındır ki, sözügedən ünvanda bu mənzərə yaşanır.

Nəticədə ərazidə qamışlıq yaranıb və sağlamlıq üçün zərərli olan bir sıra həşaratlar əmələ gəlib.

Problemlə bağlı Rəsulzadə qəsəbə bələdiyəsindən bildirildi ki, məsələdən xəbərdardılar. Sözügedən problemin aradan qaldırılması üçün artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət göndərilib. "Azərsu"dan isə müraciətə cavab olaraq bildirilib ki, həftənin 2-ci günü həmin əraziyə texnikalar gödəriləcək və xətt yenidən əsaslı şəkildə təmizlənəcək

Bənzər problem Sumqayıtda da yaşanır. "Yaşıldərə" adlanan ərazidə Abşeron magistral kanalına sakinlər tərəfindən atılan tullantılar suyun səviyyəsinin qalxmasına səbəb olur.

Çirkab suları evlərə və həyətlərə dolaraq ciddi ziyan vurur.

Abşeron Suavarma sistemləri idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, kanal hər zaman nəzarətdə saxlanılır. Ancaq sakinlər tərəfindən gecə saatlarında atılan tullantılar qalaqlanır və çirkab su evlərə dolur. İdarə əməkdaşları kanal boyu gəzinti həyata keçirir. Bu kimi halların qarşısını almaq məqsədilə həmin əraziyə tullantı atanlara müəyyən məbləğdə cərimə tətbiq oluna bilər.

Tarix: 11-09-2017, 11:36
Xəbəri paylaş





Xəbər lenti