Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR

Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR "Tıxacların, qəzaların və əsəb keçirməyimizin səbəbi məsuliyyətsiz piyadalardır".

Bu sözləri hər gün "Qara Qarayev" prospekti ilə gedib-gələn sürücülər deyirlər. Onlar deyirlər ki, hər gün piyadaların ucbatından "8-ci km bazarı”nın önündə tıxac yaranır. Sürücülərin sözlərinə görə, ərazidə piyada keçidi olsa da, insanlar yolu qəfil və qaça-qaça keçirlər.


10 ildir taksi sürücüsü kimi çalışan Əlixan Dadaşov deyir ki, orada qəza şəraitinin və tıxacın yaranmasına ikinci səbəb də marşrut avtobuslarıdır: "Çünki onlar sərnişinləri dayanacaqda yox, yolun düz ortasında düşürür və götürürlər. Ay qardaş, o boyda yer ayırıblar, get, avtobusu orada saxla da, yolun ortasında niyə saxlayırsan ki? Siqnal veririk, işıqla işarə edirik, xeyiri yoxdure, necə istəyirlər elə də avtobusu saxlayırlar. Az qalıb, avtobusu yolun ortasında dayandırıb, yemək yeməyə də gedəcəklər. Bu qədər rahatdırlar".

Piyadaların təhlükəli qaydada yolu keçməsi məsələsi ilə bağlı musavat.com-a danışan sürücü Azad Şükürov günahı həm də aidiyyəti orqanlarda görür: "Bu boyda ticarət mərkəzi və bazar yan-yanadır. Buraya Bakının hər tərəfindən, hətta bölgələrdən alış-veriş etməyə gələn adamlar var. "Qara Qarayev" prospekti isə Bakının əsas yollarından biridir. Burada piyadalar üçün zolaqlı keçid yox, ya yeraltı, ya da yerüstü keçid olmalıdır. Olmasa birinə yol verirsən, o biri gəlir. Məcbursan ona da yol verəsən, 2-2, 3-3 yolu keçirlər. Günün pik saatlarına düşəndə sıxlıq olur, sürücülər ya siqnal sıxırlar, ya da söyüş....

Bu piyadaların özlərinə yazığı gəlməyə bilər, heç olmasa biz sürücülərə yazıqları gəlsin. Biz də insanıq. Gecə-gündüz maşın sürürük, ömrümüz sükan arxasında keçir. Sürətlə gedən vaxt qəfil qarşımıza tullanırlar, eləsi var heç maşın gələn istiqamətə baxmır, özü üçün gedir. Görmərik, kimisə vurarıq, balalarımız yetim qalar".

Yolu qaça-qaça keçib, avtobus dayanacağına çatan Samirə Mustafayeva deyir ki, bu vəziyyətə görə günahkar o, deyil: "Mən bu yolu bir yolla adlamalıyam, elə deyil? Baxıram ki, piyada keçidi çox uzaqdadır. Oradan da keçsəm maşınlar dayanacaq, buradan da keçsəm dayanacaqlar. Birdəfəlik eskalatoru işləyən yerüstü keçid düzəltsinlər, biz də rahat gedib-gələk və sürcülərlə dalaşmayaq. Ən əsası isə həyatımızı təhlükəyə atmarıq".

Avtobus sürücüləri isə yolun ortasında sərnişin düşürməklərinə belə haqq qazandırırlar. Sürücü Cavanşir Dadaşovun sözlərinə görə, eyni xətt üzrə marşrut avtobuslarının sayı çoxdur və buna görə də, dayanacaqda avtobus saxlamaq olmur: "Bax, bu dayanacaqda 10-dan çox fərqli marşrut avtobusu 1-2 dəqiqə aralıqla sərnişin ya düşürür, ya da götürür. Burada necə sıxlıq olmasın. Görürük dayanacaqda başqa avtobus var, məcbur yolun ortasından adam götürürük".

Məhəmməd Türkmən,

Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR
Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR
Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR
Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR
Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR
Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR
Tıxac, sıxlıq, piyada, söyüş... - Heç kim günahkar deyil? - REPORTAJ, FOTOLAR
Tarix: 13-09-2017, 20:50
Xəbəri paylaş





Xəbər lenti