Ermənistan ruhi xəstələri Qarabağa hərbi xidmətə göndərir

Ermənistan ruhi  xəstələri  Qarabağa hərbi xidmətə göndərir Ermənistanın Müdafiə Nazirliyi psixoloji və ruhi travmadan əziyyət çəkən gəncləri hərbi xidmətə göndərir.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, iyul ayında Dağlıq Qarabağa həqiqi hərbi xidmətə göndərilən əsgər Mqer Arutyunyan bir neçə gündən sonra Xankəndi hərbi hospitalına aparılıb.

Onun səhhətində ciddi problemlərin olduğu deyilir. Lakin konkret olaraq xəstələyin adı açıqlanmayıb.





Əsgərin valideynləri bildirir ki, 18 yaşlı Mqerin əsəb sistemində problem var. Belə ki, psixoloji dispanserdə müalicə aldıqdan sonra Mqer hərbi xidmətə göndərilib: “Bununla bağlı müəyyən dairələrə məktubda ünvanlamışıq. Ancaq müracitələrimizə cavab verilməyib. Onun psixoloji problemlərinin olması ilə bağlı sənədlər mövcuddur. Mənim oğlum xidmət edə bilməz”.



Digər bir faktı erməni əsgərinin anası Varsenik Baqdasaryan açıqlayıb. O, qeyd edib ki, oğlu Akopun psixoloji problemlərinin olmasına baxmayaraq, 2003-cü ildə həqiqi hərbi xidmətə göndərilib. Meqridə hərbi xidmət çəkdiyi vaxt qəflətən vəziyyəti pisləşib və o, ağır durumda hospitala aparılıb: “7 aydan sonra oğlumu psixoloji dispanserdən evə gətirdim. Hərbi bilet verildi. Daha sonra əlilik dərəcəsi təyin edildi. Yekunda yazıldı ki, uşaqlıqdan psixoloji problemi olub. Əgər psixoloji problemi vardısa, niyə xidmətə aparırdılar?”.

Siam.az
Tarix: 16-09-2017, 14:27
Xəbəri paylaş





Xəbər lenti