Erməni deputatlar Bakıda — İçki məclisindən foto paylaşdılar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda baş tutacaq “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək. Erməni deputatlar Bakıda — İçki məclisindən foto paylaşdılar Toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək.

Siam.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki erməni deputat artıq Azərbaycana gəlib. Onlar Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”.

Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.
Siam.az
Tarix: 21-09-2017, 23:42
Xəbəri paylaş





Xəbər lenti