"Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub" - Mədət Quliyev

"Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub" - Mədət Quliyev "Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.

Siam.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev deyib.

M. Quliyev bildirib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

DTX rəisi qeyd edib ki, Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

Siam.az
Tarix: 24-09-2017, 13:59
Xəbəri paylaş





Xəbər lenti