“Qarabağda başlaya biləcək müharibə Ermənistan ərazisinə də keçəcək…” – Rus politoloq Aleksandr Markedonovun yazısı

“Qarabağda başlaya biləcək müharibə Ermənistan ərazisinə də keçəcək…” – Rus politoloq Aleksandr Markedonovun yazısı Rusiyalı politoloq Aleksandr Markedonov Karnegi fondunun Moskva mərkəzinin saytında Qarabağ münaqişəsinin həlli ilə bağlı təhlil yazısı ilə çıxış edib.

Avropa.info saytı Markedonovun “Postsovet eksklüzivi. Qarabağ Qərb və Rusiyanı necə yaxınlaşdıra bilər” yazısını sizlərə təqdim edir:
“BMT Baş Assambleyasının 72-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar keçirildi.

İlin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. İlham Əliyev və Serj Sarkisyan həll olunmamış münaqişənin dinamikasının müzakirə edəcəklər. Növbəti görüş haqda diplomatlar ehtiyatlı optimizmlə danışsalar da, ciddi irəliləyişi gözləməyə əsas yoxdur.


Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesi birinci ildir ki, getmir. 1994-cü ilin mayında fasiləsiz atəşkəs müqaviləsi qüvvəyə minəndən bu yana vəziyyətdən çıxmaq üçün münaqişə tərəflərinə Azərbaycan və Ermənistan arasında “ərazilərin dəyişdirilməsi”ndən tutmuş “DQR” və Azərbaycan arasında “ümumi dövlət”ə kimi müxtəlif planlar təklif olunub.

Bakı və Yerevan paket plana da, mərhələli plana da baxıblar. “Qafqaz Benilüksü” yaxud Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması şərti ilə “Aland adaları modeli” kimi ekzotik planlara da baxılıb.

Faktiki olaraq Bakı və Yerevanın uzlaşdırılması ilə bağlı bütün kreativ ideyalar tükənib. Münaqişə edən tərəflər və vasitəçi dövlətlər arasında diplomatik müdriklik rolunu oynayacaq yeni möcüzəvi həll yolunu gözləməyə dəymir.

Danışıqlar masasında əsas olaraq iki açar problem müzakirə olunur. Birincisi – Azərbaycan SSRİ-nin tərkibinə daxil olmuş Dağlıq Qarabağ muxtar vilayətinin statusu. İkinci problem – muxtar vilayətin ətrafındakı işğal olunmuş torpaqların, (rayonun 5-nin birdən, iksinin qismən) qaytarılması.

Erməni-Azərbaycan münaqişəsi postsovet məkanındakı bir çox digər münaqişədən – Abxaziya, Cənubi Osetiya, Dnesrtyanı münaqişədən bu xüsusiyyəti ilə fərqlənir. Qarabağ məsələsində söhbət sadəcə tanınmamış “respublika”nın ayrılmasından getmir. Ermənilər ətraf torpaqları da işğal edib.

“DQR”in arxasında dayanan Ermənistan danışıqlarda bu faktordan istifadə etməyə çalışır. Rəsmi Bakı Azərbaycan torpaqlarının işğalı və ərazi bütövlüyünün bərpasından danışmağı tərcih edərkən, ermənilər “statusu əraziyə dəyişmək”dən danışırlar.

Postsovet məkanındakı digər qaynar nöqtələrdən fərqli olaraq Dağlıq Qarabağda heç vaxt sülhməramlılar olmayıb. Atəşkəs rejimi isə Bakı və Yerevanın balansında olan qüvvələrlə saxlanılır.

Münaqişənin dondurulmuş olmasını demək olmaz. “Dördgünlük müharibə” adını almış keçənilki hərbi gərginlik bunun açıq sübutudur. Lakin 2016-cı il aprel hadisələri diqqəti yayındırmamalıdır. Bu gün “dördgünlük müharibə”nin təsiri altında əvvəlki dövrə az qala sülh dövrü kimi baxırlar, lakin həqiqətdə bu belə deyil. Keçənilki gərginlik ən azı 2008-ci ilin martında qeydə alınan silahlı qarşıdurmanın səviyyəsini daha da qaldırdı.

Beləliklə, Qarabağ münaqişəsi indi kəfgir prinsipi üzrə inkişaf edir. Danışıqlar raundları ilə atəşkəsin pozulması halları bir-birini izləyir. Ya “dördgünlük müharibə” kimi irimiqyaslı, yaxud 2017-ci ilin fevralında və iyununda qeydə alınan daha az əhəmiyyətli hallarla.
Qarabağ münaqişəsinin ikinci cəbhəsi – Qarabağ xaricində qalan, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin yerləşdiyi, mübahisəli ərazi sayılmayan yerlərdəki münaqişəni də unutmayaq. Buna misal kimi Cənubi Qafqazın bu hissəsində yeni il qabağı vəziyyətin gərginləşməsini göstərmək olar.

Danışıqlar problemin mahiyyəti üzrə aparılmır. Hər dəfə növbəti hərbi həyəcandan sonra Azərbaycan və Ermənistan XİN-ləri “danışıqlar masasına qayıtmağın” vacibliyindən danışırlar. Diplomatlar isə sülh prosesini necə xilas etməkdən. Lakin hər xilasetmədən sonra vəziyyət yenidən gərginləşir və bu dairəvi şəkildə davam edir. Praktiki kompromislər, güzəştlər və dəyişmələrə isə iş gəlib çatmır.

Qlobal həll

İlk baxışdan vəziyyət layiqli çıxışı olmayan dalana dirənmiş problem kimi görünür. Lakin çıxarılan nəticələrdə tələsməyək, belə ki, Dağlıq Qarabağ münaqişəsi, həmçinin onun nizamlanması prosesinin çox vacib bir xüsusiyyəti var.

Postsovet məkanındakı bütün münaqişələri bu və yaxud digər mənada Rusiya və Qərbin qarşıdurması kimi qiymətləndirmək olar. Həmən deyək: bu format nə SSRİ-nin dağılması prosesində, nə də postsovet dövrünün ilk illərində qoyulub. Hal-hazırda bu hiss etdiyimiz reallıqdır. Gürcü-abxaz və gürcü-osetin münaqişəsində Moskva iki tanınmamış respublikanın ağasıdır, ABŞ və NATO isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Həmin bölünməni biz Ukraynanın cənub-şərqində görürük. Dnestryanı ərazidə vəziyyət daha gərgindir. Burada da iki Dnestr sahilinin birləşməsinin inteqrasiyasına dair tərəflərin tam fərqli baxışları, ən başlıcası Rusiyanın regiondakı hərbi mövcudiyyətinin perspektivləri ilə bağlı Moskva Qərblə “5+2” danışıqlar formatında əməkdaşlıq edir.

Sadəcə Qarabağ münaqişəsi Rusiya və Qərb arasında geosiyasi qarşıdurmanın parçası kimi xarakterizə olunmur. Hətta Cənubi Osetiya və Abxaziyada 2008-ci ilin avqust hadisələrindən sonra amerikalı diplomatlar Azərbaycan və Ermənistan prezidentləri arasında imzalanan Mayendorf deklarasiyasındakı səylərinə görə Rusiyanı alqışlayırdılar.

ABŞ və Avropa Birliyi Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə keçirilən, ümumi şəkildə qəbul olunmuş, üçtərəfli sammitlər danışıqlar formatını dəstəkləyirlər.

Bu gün Minsk qrupunun adından səslənən bütün bəyanatlarda Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda keçirilən keçənilki iyun sammitini sülh danışıqlarının davam etməsi üçün vacib addım adlandırırlar. ABŞ və AB Qarabağ istiqamətində Rusiyanın göstərdiyi səylərdə postsovet məkanında qəbul olunmuş sərhədləri dəyişmək cəhdi görmürlər.

Eyni zamanda Abxaziyadan fərqli olaraq Qarabağ məsələsində münaqişə aparan tərəflər Rusiyanın vasitəçiliyində maraqlıdırlar. Putin, Əliyev və Sarkisyan arasında şəxsi etibarın səviyyəsi başqa Cənubi Qafqaz prezidentlərinin digər dövlət başçıları ilə olan kontaktları ilə müqayisə olunası deyil. Bu resurs Avropa və ABŞ diplomatları tərəfindən ictimai şəkildə qəbul olunur.

Təəccüblü deyil ki, Qarabağ danışıqları üçün əsas kimi baza prinsiplər çıxış edir. Mahiyyət olaraq bu Moskva, Vaşinqton və Paris arasında olan kompromisin bənzəri olan Bakı və Yerevan arasında gələcək kompromisin əsas tezisləridir.

Məqalənin başlanğıcına, baza prinsiplər çərçivəsində mümkün kompromislər dairəsinə və münaqişənin həll olunmasının açar mövzularına qayıdaq. Burada Rusiya və Qərb birgə fəaliyyət göstərməyə hazırdır. Bu bütün dərinləşən ziddiyyətlərə baxmayaraq praktikada unikal əməkdaşlıq təcrübəsidir.

“Hər bir ölkə öz milli siyasətinə malikdir, lakin bu siyasət ATƏT-in kursu ilə razılaşdırılır” – Minsk qrupunun ABŞ-dan olan həmməruzəçisi Riçard Hoqland vəzifəsindən gedərkən belə demişdi. Bu bəyanatı Abxaz və Donbas münaqişələrində təsəvvür etmək mümkün deyil.
Rusiyanın və Qərbin belə əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsi riskini radikal şəkildə azaldır. Belə düzəndə rəsmi Yerevan özlərini düşünülməmiş addımlardan çəkindirəcək. Əks halda onların Moskva və Vaşinqton arasında seçim imkanı yoxdur, hər iki tərəflə düşmən olmaq məcburiyyətində qalacaqlar.

Düzdür, bu Qarabağ eksklüzivin arxasında sistemli əməkdaşlıq yoxdur. Rusiya və Qərb arasında münasibətlər problemlərin geniş spektrində bir-biri ilə ziddiyyətlərlə doludur. Bunun nəticəsi olaraq tərəflər arasında etibar yoxdur, Minsk qrupunun professional vasitəçilərinin münaqişə edən tərəflərə təzyiq etmək imkanları məhduddur. Qarabağ prosesinin xaricində Rusiya və Qərb arasında qarşıdurma Bakı və Yerevanı vasitəçi ölkələrin möhkəmliyini yoxlamağa təlqin edir. Münaqişənin yüksələn xətdə artması Rusiya və Qərb üçün risklərlə doludur. Vəziyyətin gərginləşməsi fonunda hərbi münaqişələr təkcə Qarabağla kifayətlənməyəcək, Ermənistan ərazisinə də keçəcək. Moskva üçün bu xeyli xoş olmayan məsələlər ortaya çıxarır. Bakı ilə münasibətlərdən tutmuş Avrasiya layihələrində inteqrasiya layihələrinədək.

Qərb üçün isə strateji Bakı-Tbilisi-Ceyhan borusu yaxınlığında irimiqyaslı hərbi münaqişə elə də parlaq perspektiv deyil.

Bu o deməkdir ki, Qarabağ münaqişəsi Rusiya və Qərb üçün ciddi ziddiyyətlər fonunda əməkdaşlıq stimulu yaradır. Məsələ sadəcə bu əməkdaşlığın tamamlanmasıdır.

Aydındır ki, Rusiya və Qərb Qarabağ münaqişəsi tərəflərindən çox şey tələb etməsinə dəymir. Birinci yerdə işin müharibəyə getməməsi üçün hərbi insidentlərin minimuma endirilməsindən gedir. Məhz bundan sonra danışıqları imitasiya formatından məzmunlu dialoqa, kompromis axtarışına keçirmək mümkündür.

Ciddi irəliləyişlərin olmayacağını gözəl başa düşərək əsas diqqəti bunun üzərisndə cəmləşdirmək lazımdır. Dağlıq Qarabağ prosesi digər postsovet münaqişələrində tətbiq oluna biləcək uğurlu model ola bilər. Məsələn, Dobasdakı qarşıdurmanın həllində. Lakin bu modelin işləməsi üçün Qərb və Rusiya arasında münasibətlərin ümumi məzmununun minimal şəkildə praqmatikləşdirilməsi lazımdır.

Qarabağ münaqişəsi öz-özlüyündə Rusiya və Qərb arasındakı münasibətlərin neqativ tendensiyasının dayandırılmasının əsas rıçaqı sayıla bilməz. Ancaq ümumi, taktik məsələlərin həllində qarşılıqlı fəaliyyətin keyfiyyətinin artırılmasında az da olsa təmiz hava gətirə bilər”.
Tarix: 4-10-2017, 17:00
Xəbəri paylaş





Xəbər lenti