Şirin vədlər verən xaricdə iş elanları - Video

Şirin vədlər verən xaricdə iş elanları - Video Xaricdə iş elanlarına aldananların əksəriyyəti internet, xüsusilə də sosial şəbəkələrin istifadəçiləridir. Çünki son vaxtlar bu elanlar saytlar vasitəsilə və ya sosial şəbəkələrdə reklam kimi geniş yayılıb. Modern.az "Xəzər xəbər"ə istinadən məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov deyir ki, texnologiyanın inkişafı bu sahədə dələduzluğu da artırıb.

Ekspert deyir ki, bu məsələdə diqqət çəkən məqam elandakı şirnikləndirici məbləğdir. Yəni vəd olunan yüksək əmək haqqı.

Belə elanları yerləşdirənlərin bəziləri ilə əlaqə saxladıq.

Ekspert Sahib Məmmədov tövsiyə edir ki, aldanmamaq üçün belə elanlarla rastlaşarkən ilk növbədə internetdə kiçik bir araşdırma aparılmalıdır. Şübhəli qaldığınız məqamlar olarsa və ya bu yolla sizə müəyyən məbləğ ödədib işlə təmin etməzlərsə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının "qaynar xətt"inə məlumat verməlisiniz. Amma əgər aldanıb ölkəni tərk etmisinizsə, bu zaman da müəyyən orqanlara müraciət edərək, yarı yoldan dönmək şansınız var.

Məlumatda isə mövcud ünvan mütləq qeyd edilməlidir. Bu, həm də xarici ölkələrdə olan vətəndaşlarımızın təhlükəsizliyi üçün çox vacibdir. Əks təqdirdə belə insanlar üçün heç biri qurum məsuliyyət daşımır.

VIDEO
Tarix: 7-10-2017, 23:09
Xəbəri paylaş





Xəbər lenti