Yayı ərəblərlə yola verdik, bəs qış? - Turizm obyektləri mövsümə hazırdırmı?

Yayı ərəblərlə yola verdik, bəs qış? - Turizm obyektləri mövsümə hazırdırmı? Qış turizm mövsümün başlanmasına az qalıb. Paytaxtın və bölgələrin turizm obyektlərində mövsümə hazırlıq işləri gedir. Amma bu il qış mövsümündə yaydakı kimi turist canlanması gözlənilmir.

Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikaya görə 2016-cı ildə ölkəmizə ümumilikdə 2 248,8 nəfər turist gəlib. Bundan əlavə Mədəniyyət və turuzm naziri Əbülfəz Qarayevin sözlərinə görə, Azərbaycan ildə 3,5 milyonadək turisti qəbul etmək potensialına malikdir. O bildirib ki, bu nəticələrə çatmaq üçün Azərbaycanın turizm sektoru inkişaf etməlidir. Nazir Azərbaycanda beşulduzlu hotellərin tikildiyini əsas gətirərək turizm sektorunun fəal şəkildə inkişaf etdiyini deyib.

Maraqlıdır, Azərbaycanın qış turizmi hansı səviyyədədir?Turizm obyektləri və zonaları bu mövsümə hazırdırmı?

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, yay turizmi mövsümü hələ 10 gündür ki, bitib. Qış turizmi ilə bağlı hazırlıq işlərinin aparılması barədə yaxın günlərdə ictimaiyətə məlumat veriləcək.

Turizm üzrə ekspert Çingiz İsmayılov isə vurğulayıb ki, Azərbaycanda turizm sektorunun inkişafı ölkənin nüfuzunun yüksəlməsi deməkdir:

Yayı ərəblərlə yola verdik, bəs qış? - Turizm obyektləri mövsümə hazırdırmı?

“Ötən il qış turizmindən fərqli olaraq bu il qış turizmi daha yüksək inkişaf edib. Gözləmək olar ki, gələn turistlərin sayı artacaq.Təbii ki, əvvəlki illərlə müqayisədə turizm sektorunda xeyli irəliləyişlər var. Ancaq o nə dərəcədə yüksəkdir, onu demək bir qədər çətindir.Ancaq inanıram ki, bu irəliləyişin xeyri olacaq”.

Alçina Amilqızı


Yayı ərəblərlə yola verdik, bəs qış? - Turizm obyektləri mövsümə hazırdırmı?
Yayı ərəblərlə yola verdik, bəs qış? - Turizm obyektləri mövsümə hazırdırmı?
Tarix: 11-10-2017, 14:19
Xəbəri paylaş





Xəbər lenti