Gömrük İdarəsi və İcra Hakimiyyətində maliyyə yoxlaması –Sənədlər parlamentə göndərildi

Gömrük İdarəsi və İcra Hakimiyyətində maliyyə yoxlaması –Sənədlər parlamentə göndərildi Hesablama Palatası bu gün növbəti Kollegiya iclası keçirib.

Strateq.az Palataya istinadən xəbər verir ki, icasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə fesabatlar müzakirə olunub:

– Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair;

– Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;

– Dövlət İnvestisiya Proqramının təhlilinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Məlumata görə, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib: "Həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub".
Tarix: 12-10-2017, 22:08
Xəbəri paylaş





Xəbər lenti