Moskvanın “ikibaşlı” Qarabağ siyasəti: Bir üzü Bakıya, biri İrəvana

Moskvanın “ikibaşlı” Qarabağ siyasəti: Bir üzü Bakıya, biri İrəvana Cenevrə görüşündə əldə olunn razılaşmalara baxmayaraq işğalçı Ermənistan atəşkəsi yenə pozur. Görüşdən sonra Azərbaycan Ordusunun şəhid verməsi əslində erməni tərəfinin razılaşmaya necə “əməl etdiyini” göstərir. Bütün bunlara baxmayaraq ATƏT-in Minsk Qrupunun həmsədr dövləti Rusiya yenə də öz ampluasındadır.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə əldə olunmuş razılaşmasını alqışladıqlarını deyib. Rusiyanın bu mövqeyi isə birmənalı qaşılanmır. Çünki əldə olunan razılaşmanı Ermənistan prezident Srkisyan elə anındaca pozdu.

Maraqlıdır, Rusiyanın bu mövqeyi nəyə hesablanıb?

Moskvanın “ikibaşlı” Qarabağ siyasəti: Bir üzü Bakıya, biri İrəvana

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında Moskvanın geosiyasi maraqlardan çıxış etdiyini deyib: “Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətindən məharətlə istifadə edən rəsmi Kreml 20 ildən artıqdır ki, münaqişənin həllində vasitəçilik missiyası əvəzinə, əsasən imitasiya ilə məşğuldur. Bu illər ərzində aparılan danışıqlar kontekstində Moskva daima öz geosiyasi maraqlarından çıxış edərək, regionda sabitsizliyin əsas qarantı olaraq qalmaqdadır. 1999-cu ildən başlayaraq Ermənistanla real sülh danışıqlarını Rusiya sıfırlayıb. Qeyd edim ki, 1999-cı ildə ABŞ-ın münaqişənin həlli ilə bağlı Qobl planına Ermənistan da razılaşmışdı. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilirdi. Ermənistan parlamentində törədilən qırğın sülh prosesini tənəzzülə uğratdı. Hazırda da eyni ssenarini Rusiya aparır. Ki Vest danışıqlarını da Rusiya pozmuşdu. Moskva çalışır ki, Qərbin dəstəyi ilə münaqişə həll edilməsin.

Məlum aprel toqquşmasından sonra Moskvanın Ermənistan üzərində üstünlüyü daha da artıb. Çünki, məğlub vəziyyətə düşmüş işğalçı ölkənin ayaqda durması üçün ona siyasi-hərbi dəstəyini göstərmiş oldu. Oktyabrın 16-da Cenevrədə uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Bu görüşdə danışıqların davam etdirilməsi və atəşkəsin qorunması barədə razılıq əldə olunub. Qarabağla bağlı danışıqlarda Sarkisyan yalnız Moskvanın diktəsi ilə hərəkət edir . Rusiya məqsədli şəkildə, ikibaşlı siyasət aparır. Moskvanın əsas məqsədi real danışıqları əngəlləmək, münaqişənin həllində irəliləyiş sürəcinə mane olmaqdır. Rusiya nə qədər ki, status-kvoda maraqlı olacaq, bir o qədər qeyri-müəyyən bəyanatlar verəcək. Münaqişənin həllində Azərbaycan Qərbin, xüsusilə də ABŞ-ın dəstək verdiyi həll planı ilə bağlı Vaşinqtonla işləməlidir”.

Vilayət Muxtar
Tarix: 29-10-2017, 23:08
Xəbəri paylaş





Xəbər lenti