Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb- YENİLƏNİB

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb- YENİLƏNİB Türkiyədə polis tərəfindən həftəsonu 8 şəhərdə keçirilən anti-terror əməliyyatında İŞİD-lə əlaqəsi olması şübhəli bilinən saxlanılanların sayı 143 çatıb.

“Report” “Reuters”-ə istinadən xəbər verir ki, şənbə günü paytaxt günü 49 əcnəbi vətəndaş saxlanılıb.
Məlumata görə, bəziləri 29 oktyabr Türkiyə Cumhuriyyət Günü şənliklərində terror aktı hazırlamaqda şübhəli bilinib.


***

Türkiyənin Bursa şəhərində aparılan əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 2 Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbələrə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, bazar günü Bursa və Ərzrumda sözügedən terror təşkilatı ilə əlaqəli bilinən ümumilikdə 61 nəfər saxlanılıb. Ərzrumun mərkəzi hissəsində aparılan əməliyyat zamanı hüquq-mühafizə orqanları 22 şübhəli şəxsi saxlayıb. Reyd zamanı onların üzərindən silah-sursat, sənədlər və informasiya daşıyıcıları götürülüb.

Bursada polisin əməliyyatı nəticəsində İŞİD-lə əlaqələri olduğu ehtimal edilən 39 nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan vətəndaşı, 28-i isə suriyalıdır. Suriyalılar arasında 8 nəfər yeniyetmə var.
Tarix: 30-10-2017, 00:33
Xəbəri paylaş





Xəbər lenti