Gültəkin Hacıbəyli deputatlar yüksək maaş tələbindən yazdı

Gültəkin Hacıbəyli deputatlar yüksək maaş tələbindən yazdı Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəyli deputatların əmək haqlarının artırılması tələbi ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində fikirlərini bölüşüb.
Siam.az Gununsesi.info-ya istinadla sabiq millət vəkilinin qeydlərini təqdim edir:


Millət vəkilləri maaşlarının azlığından gileylənirlər, maaşlarının artırılmasını tələb edirlər. Mən razıyam, 2200-2500 manat indiki inflyasiya şəraitində, xüsusilə devalvasiyalardan sonra çox azdır. Əvvəl bu 2200-2500 Avro edərdi, indi yalnız 1000-1200 Avroya bərabərdir. Avropanın heç bir ölkəsində deputatlar bu qədər aşağı maaş almır. Amma müəllimlərin, həkimlərin 150-200 manat maaş, pensiyaçıların da elə bu qədər pensiya aldığını niyə demirsiniz?! Axı 70-100 Avro aylıq əməkhaqqını heç maaş da adlandırmaq olmaz, bunun adı dilənçi payıdır, sədəqədir, təhqirdir! Vətəndaşını dilənçi payı ilə aşağıyalan, əksəriyyət təşkil edən işsiz vətəndaşlara onu da çox görən, minimum əməkhaqqı Ermənistan kimi kasıb bir dövlətdən iki dəfə az olan hakimiyyətin deputatları gərək maaş azlığından şikayətlənməsin. Ya da hökuməti divara dirəyələr ki, camaatı niyə aclıqla sınağa çəkirsiniz, bir tikə çörəyə möhtac qoymusunuz?!
Siam.az
Tarix: 8-11-2017, 07:14
Xəbəri paylaş





Xəbər lenti