Eldar Mahmudov istintaqda saatlarla dindirilib -YENİLƏNİB

Eldar Mahmudov istintaqda saatlarla dindirilib -YENİLƏNİB Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.

APA-nın məlumatına görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.

O, 3 saata yaxın dindirilib.


***

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov APA-ya E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.

E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.
Tarix: 10-11-2017, 13:42
Xəbəri paylaş





Xəbər lenti