"Şəhid ailələri, qazilər kənarda qalıb, deputatların maaşları artırılır..."

"Şəhid ailələri, qazilər kənarda qalıb, deputatların maaşları artırılır..." “Deputatların maaşı artırılmalıdr”- bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlament komitələrinin birgə iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Bu məsələnin yenidən gündəmə gəlməsi Qarabağ qazilərinin, şəhid ailələrinin sosial şəbəkələrdə etirazına səbəb olub.

A24.az-a məsələ ilə bağlı açıqlama verən Qarabağ Azadlıq Təşkilatın sədri Akif Nağı da öz etirazını bildirib:

“Millət vəkillərinin maaşları, digər dövlət müəssisələrində çalışan isanların maaşlarına vaxtaşırı olaraq qayğı göstərirlər və artırılır. Bu, tamamilə yanlış bir yanaşmadır. Birinci növbədə xalq, ehtiyyacı olan təbəqələr diqqətdə olmalıdır. Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri ilk növbədə diqqətdə saxlanılmalıdır. Elə ailələr var ki, dövlətdən gələn məvacibə daha çox ehtiyacı var. Gözünü ancaq o pula dikən, başsız qalmış ailələr vardır ki, kənarda qalıblar. Qarşılığında deputatların maaşlarını qaldırmağı gündəmə gətiriblər. Bu, çox yanlış mövqedir. Əgər dövlətin imkanları varsa, birinci növbədə ehtiyyacı olan təbəqələrə diqqət artırılsın. Onların sosial təminatının artırılması barədə düşünülsün. Ondan sonra, əgər imkan olarsa, büdcədə maliyyə olarsa, hansısa üçüncü, dördüncü mərhələdə deputatlar və digər dövlət qurumları ilə bağlı düşünə bilərlər. Düşünürəm ki, yanaşma belə olmalıdır”.

Siam.az
Tarix: 11-11-2017, 22:44
Xəbəri paylaş





Xəbər lenti