“Medianın kriminal aləmə maraq göstərməsi bir sıra amillərlə əlaqədardır”

“Medianın kriminal aləmə maraq göstərməsi bir sıra amillərlə əlaqədardır” Mehman Əliyev: “Unutmayaq ki, baş verniş bu hadisələri media yaratmır”


Medianın bəzi hallarda kriminal aləmə, bu aləmin tanınmış simalarına həddindən çox maraq göstərməsi son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir. Maraqlıdır, mətbuatın oğru dünyasına göstərdiyi bu maraq medianın öz zəifliyndən irəli gəlir, yoxsa bu, kriminal aləmin cəmiyyətdəki artan nüfuzu ilə bağlıdır? Hansı ki, bu nüfuz mediaya da təsir edir.

Siam.az bildirir ki ,Moderator.az -a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev burada bir sıra amillərin mövcud olduğunu diqqətə çəkdi:

”Bu gün bir sıra sahələrdə ciddi problemlər mövcuddur ki, media bu problemlərdən bəhs etmir. Və yaxud da bəhs etməyə qorxur. Bu səbəbdən də kriminal aləmə daha çox maraq göstərir.
Məsələnin digər bir tərəfi isə onunla bağlıdır ki, media burada ictimai maraq amilini də nəzərə alır. Xüsusilə də cinayətkar aləmlə bağlı ölkəmizdə baş verən son hadisələr - bəzi avtoritetlərin həbsdən azad edilməsi, həbsdən qaçan bəzi şəxslərin zərərsizləşdirilməsi cəmiyyətin müəyyən dairələrində maraq doğuran məsələlər idi. Medianın bu sahəyə daha çox müraciət etməsi, həm də bununla bağlıdır. Onu da unutmayaq ki, baş verniş bu hadisələri media yaratmır”.

Siam.az
Tarix: 12-11-2017, 22:07
Xəbəri paylaş





Xəbər lenti