Bakıda böyük Qarabağ mitinqinə ehtiyac varmı? – iki fərqli baxış


Xəbər verildiyi kimi, Qarabağ Azadlıq Təşkilatı Qarabağ mitinqi keçirməyi planlaşdırır. Yer üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Mitinqin iyulun 21-də “İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən “Məhsul” stadionunda 10 min nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. BŞİH alternativ yer göstərərsə, QAT bununla razılaşacaq.

Məlumat üçün bildirək ki, QAT bu il mayın 12-də də belə bir mitinq keçirmək istəmiş, lakin yer üçün müraciətə BŞİH ümumiyyətlə, cavab verməmişdi. İndi isə belə bir  halın yaşanıb-yaşanmayacağı məlum deyil.

Mitinqə icazə veriləcəyi təqdirdə müxalif siyasi partiyaların QAT-a dəstək verib-verməyəcəyi ilə maraqlandıq.

Sərdar Cəlaloğlu: “Çalışacam ki, iştirak edim”

ADP sədri Sərdar Cəlaloğlu hansı zərurətdən mitinqin təyin olunması barədə məlumatsız olduğunu bildirdi: “Mitinqin keçiriləcəyi təqdirdə Bakıda olsam, çalışacam ki, iştirak edim. Açığı, indiki şəraitdə nəyə görə, hansı zərurətdən bu mitinqin təyin olunması mənə qaranlıqdır.

SÉrdar CÉlaloÄlu ile ilgili görsel sonucu

Ola bilsin ki, gündəmi dəyişmək üçün belə bir addım atılsın. Qarabağ cəbhəsində hələ ki, ciddi bir yeniliklər yoxdur. Status-kvo olduğu kimi qalır. O zaman sual olunur ki, bu mitinq nəyə görədir? Qanunda mitinqlərə icazə söhbəti yoxdur, sadəcə, razılaşma var. Mitinqin yeri, vaxtı barədə tərəflər razılaşır”.

Tural Abbaslı ile ilgili görsel sonucu

Tural Abbaslı: “Qarabağ mitinqinin keçirilməsi çox vacibdir”

AĞ Partiya başqanı Tural Abbaslı QAT-ı dəstəkləyəcəklərini bəyan etdi: “QAT-ın bundan öncəki Qarabağ mitinqinə öz dəstəyimizi elan etmişdik. Təbii ki, əgər QAT iyul ayında yenə də mitinq keçirməyə təşəbbüs göstərəcəksə, onu tam və sona qədər dəstəkləyəcəyik. Çünki AĞ partiya olaraq bizim üçün ümummilli məsələlərdə dövlətçilik maraqlarından başqa heç nə önəmli deyil. Düşünürəm ki, bu gün Azərbaycanın ən ümdə ümummilli məsələsi Qarabağ məsələsidir. Odur ki, biz də bu məsələdə əlimizdən gələn hər bir işi canla-başla icra edərik və bunu özümüzə ancaq şərəf bilərik. Hesab edirəm ki, indiki məqamda Qarabağ mitinqinin keçirilməsi çox önəmlidir və vacibdir. Çünki Ermənistanda hakimiyyət dəyişikliklərindən sonra hələ də davam edən siyasi qarışıqlıq və müəyyənsizlik şəraitində Bakıda keçiriləcək izdihamlı Qarabağ mitinqi Ermənistandakı siyasi-ictimai əhval ruhiyyəyə sarsıdıcı zərbə vurar. Heç kim unutmamalıdır ki, birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun uğursuzluqlarının başında duran əsas amillərdən biri də ordudakı və xalq arasındakı pessimist və ümidsiz əhval-ruhiyyə idi. O fikirdəyəm ki, Azərbaycan iqtidarı bu mitinqə icazə verməlidir. Nəinki icazə verməli, hətta, bu mitinqin möhtəşəm və izdihamlı alınması üçün əlindən gələn hər cür maddi, texniki, siyasi dəstəyi də verməlidir. Ümid edək ki, bu dəfə hakimiyyətin qərarı müsbət olar. Keçən mitinqlərə icazə verilməmə səbəbini yalnız bir amildə görürəm. Belə ki, Azərbaycan iqtidarı Bakıda ola biləcək istənilən kütləvi aksiyalardan ehtiyat edir. Odur ki, hətta Qarabağ kimi milli bir məsələdə də iqtidar maraqlarından kənara çıxa bilmir. Hökumət unutmamalıdır ki, hakimiyyətlər gəldi gedərdi, əbədi olan Azərbaycan və Azərbaycan dövlətçiliyidir. Sonda belə bir təşəbbüsə görə şəxsim adından QAT-a və onun rəhbəri Akif bəyə təşəkkür edir və bu şərəfli işdə onlara uğurlar arzulayıram”.

Æli Æliyev ile ilgili görsel sonucu

Əli Əliyev: “İstərdim ki, QAT mitinqinə icazə verilsin”

VİP sədri Əli Əliyev Qarabağ mitinqinə icazə verilməsini arzulayır: “Ölkədə hansısa qurumlar Qarabağ məsələsi ilə bağlı radikal mövqe nümayiş etdirməlidir. QAT bu baxımdan qənaətbəxş fəaliyyət göstərir. Ağıllı və milli hakimiyyətlər belə qurumları özləri stimullaşdırır. Bizdə isə buna maneəçilik törədilir. Çünki Qarabağ problemi bizdə siyasi manipulyasiya vasitəsinə çevrilib. İstərdim ki, QAT mitinqinə icazə verilsin. İyun hərbi paradından sonra, xalqın da güc nümayişinə zərurət var. Ola bilər ki, mitinqdə iştirak edim. Fikrimcə, neytrallıq gözlənilsə, iştirak lazımdır”.

XÉzÉr Teyyublu ile ilgili görsel sonucu

Xəzər Teyyublu: “QAT mitinq edirsə...”

KXCP sədrinin müavini Xəzər Teyyublu müraciət olarsa, bu müraciətin partiyada müzakirə ediləcəyini qeyd etdi: “QAT mitinq edirsə, bugünkü siyasi vəziyyətdə gərək mitinqi hazırlayan vahid təşkilat komitəsi yaratsın və müxalif siyasi partiyalardan hər birindən nümayəndə olsun ki, hamı bu mitinqdə iştirak etsin. Qarabağ ətrafında birlik başlanğıcı oldu. Bu sadəcə, mənim təklifimdir. Onda millət dəstəkləyəcək. Bizə bu haqda müraciət olunsa, partiyanın rəhbərliyində müzakirədən sonra nəsə demək olar”.(“Yeni Müsavat”)


Tarix: 25-06-2018, 09:06
Xəbəri paylaş





Xəbər lenti