Erməni ailəni qorumaq üçün baxın nə edirlər- FOTOLAR

 Hollandiyanın Lahey şəhərində yerləşən bir kilsə erməni Tamrazyan ailəsini qorumaq üçün 800 saatdır ayin icra edir. AzEuroNews.com xəbər verir ki, bir müddət əvvəl Hollandiyada sığınacaq istəyi rədd edilən və barələrində deportasiya qərarı çıxarılan erməni ailə Laheydəki bir kilsəyə sığınıblar. 
Hollandiya qanunlarına görə, polis ayin zamanı kilsəyə girə bilmir. Buna görə də artıq 800 saatdır yüzlərlə könüllünün dəstəyi ilə kilsədə ayin icra edilir.  Hollandiya Protestan Rahiblər Birliyinn başqanı Teo Hettlema jurnalistlərə açıqlamasında bildirib ki, erməni ailəni qorumaq üçün fasiləsiz ayin icra edəcəklər. O, buna görə, insanlara çağırış edərək kilsəyə gəlmələrini xahiş edib.  Ailənin 21 yaşlı üzvü Hayarpi Tamrazyan kilsədəki vəziyyətlə bağlı tez-tez sosial şəbəkələrdə paylaşımlar edir. O, polisin kilsənin qapısında gözləmədiyini, ancaq onları izlədiklərini yazır.
Üç uşaqlı Tamrazyan ailəsi 2010-c ildən Hollandiyada yaşasalar da, onların sığınacaq istəyi rədd edilib. Ötən günlrədə isə, barələrində deportasiya qərarı çıxarılıb. 
Tarix: 2-12-2018, 22:00
Xəbəri paylaş





Xəbər lenti