Qarabağ separatçıları da “seçki şousu"na hazırlaşırlar: Bako Saakyan Paşinyana güc göstərir


Növbədənkənar parlament seçkilərindən sonra çox güman ki, Nikol Paşinyan Dağlıq Qarabağ probleminə diqqət yetirəcək.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. 1991-ci ilin həmin günündə Dağlıq Qarabağda “müstəqillik haqqında referendum”un və 2006-cı ildə isə “DQR"-in birinci konstitusiyası”nın qəbul olunduğunu qeyd edən erməni yazar iddia edib ki, 10 dekabr  “iki erməni dövləti” arasında əlaqələrin necə inkişaf etdirilməsinin müzakirəsi baxımından yaxşı zamandır.

Ermənistandakı seçki təbliğatının gedişində Dağlıq Qarabağla bağlı gözlənilməz situasiyanın üzə çıxdığını qeyd edən müəllif qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ arasında söz atışması başladı. Hansı ki, Nikol Paşinyan Dağlıq Qarabağ rəhbərliyindən izahat tələb etdi.

Müəllif qeyd edib ki, Ermənistanda seçki qərarı veriləndən sonra Dağlıq Qarabağdakı rejim də “parlament seçkisi tədarükü”nə başlayıb.

Bu ilin iyununda Xankəndidə keçirilən aksiyaları xatırladan erməni müəllif N.Paşinyanla Bako Saakyan arasında əldə olunan kompromisə işarə vurub. Ancaq vurğulayıb ki, Paşinyan gözlənilmədən növbədənkənar seçkilərin 2019-cu ilin yazında deyil, 9 dekabrda keçiriləcəyini bəyan edəndən sonra B.Saakyan da hərəkətə keçib. Müəllif iddia edib ki, Dağlıq Qarabağdakı rejim də “seçki” keçirməyə hazırlaşır və ola bilsin bu, yanvar-fevral aylarına təyin olunsun.

“Seçkilərin vacibliyini və hakimiyyətin möhkəmləndirilməsi zərurətini ola bilsin ki, Bako Saakyan 10 dekabrda özü elan edəcək” - yazıda bildirilir. Ancaq bu “seçki”lərin müstəqil olacağı, yoxsa 1995-ci ildən bəri olduğu kimi, Ermənistanın nəzarətində olacağı sualına da cavab axtarılıb.

Görünən budur ki, Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasında uçurum dərinləşməkdədir. Bako Saakyan Paşinyana güc göstərir. Belə ki, Saakyanın yerinə hətta namizəd tapan Paşinyanın planlarını pozmaq üçün baş separatçı "oyun" qurub.  

Ancaq istənilən halda “seçki” oyununa qarşı Azərbaycanın öz addımları olmalıdır. Qarabağ separatçıları hətta İrəvanla konfrontasiya şəraitində “müstəqil” olduqları görüntüsünü yaratmağa çalışırlar. Özü də bu şounun B.Saakyanın həmsədr ölkələrə səfərindən sonra hazırlanması suallar doğurur.   

Tarix: 3-12-2018, 21:06
Xəbəri paylaş





Xəbər lenti