Köhnə ərzaqlar dağ kəndlərində satılır- İDDİA


Köhnə ərzaqlar dağ kəndlərində satılır- İDDİA

Özləri demişkən, yeri düşəndə yerli məmuları  kiçik bir payla Sovet dövründə  ucqar dağ kəndlərində əhalinin ərzağa olan tələbatını  ödəmək üçün böyük mağazalar fəaliyyət göstərirdi.

Azərbaycan müstəqillik əldə etdikdən, planlı iqtisadiyyat dağıldıqdan sonra sahibkarlıq inkişaf etdi.Şəhər və kəndlərdə böyük mağazalar, supermarketlər yarandı.Artıq çoxdandır kəndlərdə ümumi mağazalar yoxdur.  İndi bu işi ayrı-ayrı imkanlı adamlar, sahibkarlar  görürlər.  Özü də necə?  Şəhərdən gətirdikləri  müxtəlif  növ ərzağı  heç nədən çəkinmədən üç qat baha qiymətə kənd camaatına satırlar.  Bu ərzaqlar da çox zaman köhnə, vaxtı keçmiş olur.

İri şəhərlərdə ərzağın keyfiyyətinə nəzarət olduğuna görə insanların sağlamlığına  təhlükə törədən köhnəlmiş   qida məhsulları satışdan yığışdırılır. “Kəndli tacirlər” isə az miqdarda xərcə düşməklə bir-iki  böyük şirkətin atılmış ərzaqlarını öz dükanlarına gətirirlər. Sonra gətirdikləri malları əhaliyə sırıyırlar. Aylarla bazarlıq üçün şəhərə gedə bilməyən insanlar vaxtı keçmiş ərzaqları alıb istifadə etmək zorunda qalaraq qidalanmaq  məcburiyyəti qarşısında qalır. Bu minvalla satan  heç bir zəhmət çəkmədən, külli miqdarda varlanır, alan isə müxtəlif xəstəliklər tapır.

Həmişə də kənd dükanları ağzına  kimi dolu olur. Növbənöv, rəngbərəng , alıcını uzaqdan özünə çəkən ərzaqların köhnəliyi bir yana qalsın, onların saxlama yeri də bərbaddır. Dükanlar əsasən yaşayış evlərinin altında, yəni zirzəmidə yerləşir. Bu mağazalarda  siçan dişləmiş kolbasalar, sosislər, içindən qurd çıxan karamellər, turşumuş içkilər, mənşəyi bilinməyən un  məmulatları və digər xaran mallara rast gələ bilərsiniz. Haram pula olan hərislik isə  insafı unutdurub. Dediyim vəziyyət Lerik rayonunun dağlıq əraziləri olan Bürsülümdə,  Siyovda, Dasterdə, Conuda  daha acınacaqlıdır. Bu ərazilərdəki fəalliyyət göstərən dükanların sahibləri  “Burada mənəm, Bağdadda   kor xəlifə” prinsipi ilə işləyir. Onlara nəzarət yoxdur. yola gətirə  bilirlər.

Azərbaycan dövləti ildən-ilə regionların inkişafına diqqəti artırır. Təəssüf ki, yerli bacarıqsız məmurlar, acgöz işbazlar insanları narazı salır. Ümid edirik ki, insanları, dağ kəndlərinin əhalisini narazı salan möhtəkirlər layiqli cəzalarını alacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

Cebhe.info

Tarix: 5-12-2018, 00:23
Xəbəri paylaş





Xəbər lenti