Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı, “Kremlin agenti” Bako Saakyan bu gün İrəvana gedib və işğalçı ölkənin baş nazir əvəzi, “Qərbin adamı” hesab edilən Nikol Paşinyanla görüşüb.
Siam.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər qondarma rejim rəhbərinin “mətbuat xidməti”nə istinadla məlumat yayıb.
Görüşdə “iki erməni dövlətinin daxili və xarici siyasəti, təhlükəsizliyi, 2019-cu il üçün dövlət büdcələri” və s. ilə başlı məsələlər müzakirə olunduğu bildirilir.