8 Martın Banisi - Vəhşi Klara

 

           

Beynəlxalq Qadınlar Günü ideyasının müəllifi olan Klara Aysner sərt xasiyyətinə görə ""Vəhşi Klara"" ləqəbilə də tanınıb. Onun arzusu təkcə Sosializmin qələbəsi deyildi. Azad sevgi , qadın azadlığı bu xanımın ideyalarından olub.
Leypsiqdə özəl pedaqoji məktəbdə müəllimlik oxuyan Klara Aysner məktəbi bitirdikdən sonra valideyinlərinin narazılığına baxmayaraq Sosial Demokrat Partiyasına qoşulur və aktiv siyasi fəaliyyətlə məşğul olmağa başlayır.
Həmin vaxt o, Odessadan olan mühacir, bərabərlik və qardaşlıq ideyalarını təbliğ edən Osip Setkinin təsiri altına düşmüşdü.
Hər ikisi inqilabi mübarizəçilərlə gizli toplantılar və mitinqlər təşkil edir. Əvvəlcə dost olsalarda sonradan Osip ona sevgi etirafı edir. 1880-ci ildə Osipi Almaniyadan sürgün edirlər və 23 yaşlı Klarada onunla gedir. Onlar Avstriya və İsveçrədə partiya tapşırıqlarını icra edir və iki ildən sonra Parisə gedirlər. Onlar heç vaxt rəsmi nikahda olmayıblar, amma Klara Osipin soyadını götürür və ondan iki ovladı olub.
Maddi durumları zəyif olduğu üçün Klaraya üç yerdə işləyib.
Sonra Klara qadın məsələri üzrə təşkilat yaradır və bəyan edir: "Bu vaxta qədər qadın ailədə tabeçilikdə idi. Halbuki, kişi və qadın bir-birini qarşılıqlı surətdə zənginləşdirən bərabər hüquqlara malik olmalıdırlar. Ər də, arvad da uşaqların tərbiyəsində eyni cavabdehlik daşıyırlar". Beləliklə 1910-cu il martın 8-i Klara Setkin Beynəlxalq Qadınlar Gününü təsis etməyi təklif edir.
Klaranın 32 yaşı olanda Osip vərəm xəstəliyindən ölür . Bundan sonra Klara uşaqlarla birlikdə Almaniyaya qayıtmaq qərarına gəlir. Vətənində o, cinslərin hüquqlarının bərabərliyi uğrunda mübarizəsini davam etdirir və qadınlar üçün nəzərdə tutulan sosial demokrat qəzetinin redaktoru olur.
Klara 36 yaşında olarkən 18 yaşlı rəssam Georq Sundellə rastlaşır və evlənirlər . 20 ilə yaxın bərabər yaşasalarda Sonradan Georq qonşu cavan qıza vurularaq Klaranı tərk edir.
1907-ci ildə Klaranın 22 yaşlı oğlu anasının silahdaşı Roza Lüksemburq ilə evlənmək istədiyini bildirir. Roza Klaranın oğlundan 15 yaş böyük idi. Bu təklifdən Klara çox narazı olsa da, özü qadın azadlığının təşəbbuskarı olduğu üçün etiraz etmədən susmalı olur .
Almaniyada kommunist partiyası və onun ideyaları qadağan olunandan sonra Klara Setkin SSRİ-yə köçür və 1933-cü ildə dünyasını dəyişənə qədər orda yaşayır. Öldükdən sonra Klaranı yandırıb külünü Qızıl Meydanda Kreml divarında bir qutuda saxlayırlar.
Tarix: 7-03-2019, 07:42
Xəbəri paylaş





Xəbər lenti