“Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir"
"Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər”

Bunu bu gün Milli Məclisin plenar iclasında AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı bildirib.

M.Qasımlı deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir: "Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”.