Binəqədi rayonunda Novruz şənliyi keçirilmişdir


 



Martın 19-da Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsinəki Heydər Əliyev
adına parkda Novruz şənliyi keçirilmişdir. Şənlikdə Azərbaycan Respublikası
Milli Məclisinin deputatları Kamaləddin Qafarov, Madər Musayev, Azay Quliyev,
xarici ölkə səfirliklərinin ölkəmizdə akkreditə olunmuş bir qrup əməkdaşı, rayon
ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qonaqları və yerli sakinləri parkın girişində ulu Dədə Qorqud və Bahar qız
qarşılamış, onları Novruz bayramı münasibəti ilə təbrik etmiş, xalqımıza əmin-
amanlıq, hamıya ruzi-bərəkət və uğurlar arzulamışlar. Qonaqlara xalqımızın qədim
ənənəsinə uyğun olaraq duz- çörək və Qarabağımızda yetişən xarı bülbül təqdim
edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şənlik
iştirakçılarını salamlamış , ölkəmizdə gedən son quruculuq işləri və nailiyyətlər
haqqında danışmış, sözü tədbirin iştirakçılarına və gənc istedadlara vermişdir.
İstedadlı kollektivlərin təqdim etdikləri rəngarəng ifalar və tematik səhnəciklər
Novruz şənliyinə toplaşanların böyük marağına səbəb olmuşdur.
Respublikamızın bölgələri üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə ayrı-
ayrı rayonların geyim nümunələri, mətbəxi və turizm potensialı ilə bağlı geniş
informasiya verilmişdir. Çadırların önündə qonaqları salamlayan, yurdumuzun
müxtəlif tarixi qəhrəmanlarının obrazını canlandıran aktyorların oyunu da maraqla
qarşılanmışdır.
Şənlik rayonun bədii özfəaliyyət kollektivlərinin və tanınmış ifaçıların böyük
bayram konserti ilə başa çatmışdır.


Tarix: 20-03-2019, 14:35
Xəbəri paylaş





Xəbər lenti