Əsədovun dəstəkçiləri və Kaprizin susdurduğu məqamlar

 

Mart, təbii ki, Novruz ayıdır. Ölkə bayram üçün kasıbların dərdi, varlıların seçim qayğıları ilə nəfəs alır. Hər zaman belə olub, amma bu il mart ayı bir də Oqtay Əsədov ayı oldu. Spiker ailəsinin Moskvadakı striptiz barı bu ilin mart ayının xəbər xəttində mühüm yer tutdu və görünən budur ki, sosial şəbəkələrdə bu müzakiərlər davam edir.

Yeri gəlmişkən, spikerin Moskvadakı çirkli ailə biznesinə rəsmi münasibət yalnız Fəzail Aöamalı səviyyəsində verildi. Nə aşağı- nə də yuxarı. Fəzail Ağamalının münasibətini isə həm də şəxsi konyunktura çərçivəsindən dəyərləndirmək olar. O, deputatdır və Oqtay Əsədovun sədr olduğu parlamentə sərbəst giriş- çıxış vəsiqəsi var. Fəzail Ağamalı spikerin hətta kokain qoxuyan Moskva biznesini belə əsaslandırdı ki, parlamentin sədri ac qalmalı deyil ki”. Əlbəttə, parlamentin sədrinin ac qalmaması üçün onun möhkəm qoruyucu vasitələri var. Buraya böyük biznes, davamlı korrupsiya əməliyyatları, Bakı şəhərində özəl uşaq baxçasından tutmuş özəl istehsal müəssisələrinə və ticarət obyektlərinə qədər böyük şəbəkə daxildir, ən sonuncu, əhəmiyyətsiz toxluq zəmanəti isə onun yüksək maaşıdır. Onun ac qalmaq təhlükəsi istisnadır.

Sosial media da elə bu baxımdan yanaşdı məsələyə və bu ictimai müzakirələrin bəzi fraqmentlərini seçib təqdim edirik.

Əlbəttə, bu şərhlərin yalnız cüzi bir hissəsini təqdim edə bilərik: onlar həddən artıq çoxdur, spikerin həyat yoldaşının Moskvadakı kapriz biznesinə on minlərlə insan münasibət bildirib, nəsə yazıb.

Beləliklə, onlardan bəziləri ilə tanış olun:

– Əgər Zamira Haciyevə Londonda 16-millionluq şoping edərək Azərbaycanı biyabır etdi, Zemfira Əsədova bu gədər pulu striptiz biznesinə xərclədi. Bütün millət spikerin Kaprizinə görə utanır…

– Moskvanın Bakı küçəsində Azərbaycanın xalqın dahi sənətkarlarına heykəllər ucaltmaq olardı, Zemfira Əsədova isə xalqı orada striptiz-bar ilə təmsil edir. Spiker Əsədovun haqqı yoxdur ki, Milli Məclisə bir də ayağını bassın. O, istefaya göndərilməlidir.

– Ölkə rəhbərliyi xalqa hesabat verməlidir, spiker Oqtay Əsədovun xaricdə mülkü hardandır? Söhbət heç striptiz-saunadan getmir, söhbət ondan gedir ki, Oqtay Əsədovun bu gədər pulu hardandır.

– Azərbaycanda gərək əxlaqsızliqın inkişaf agentliyi yaransın və oranın kurasiyası Oqtay Əsədova verilsin. Bütün ərəb turistlərlə iş və təbliğat bu təşkilata tapşırılsa yaxşı olar.

– Axır ki, Milli Məclis də bir innovasiya etdi.

– Əgər Ali qanunvericilik orqanın rəhbəri sauna-striptiz işlədirsə və orada narkotik satırsa, onda bax ölkəmiz nə gündədir. Belə olan halda, heç bir inkişafdan söhbət gedə bilməz.

– Oqtay Əsədov və Zemfira Əsədovaların bütün mülkləri müsadirə olmalıdır. Bu olaylar onu sübut edir ki, Azərbaycanda korrupsiya ilə heç bir mübarizə aparılmır.

– İlham Əliyev spiker Oqtay Əsədovun ailəsinə məxsus mülklərlə bağlı xalqa hesabat verməlidir

– “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun deputatlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir, eyni zamanda xaricdə mülkə də aiddir, deputata belə hüquq verilmir. Bu məsələnin diqər tərəfi də var.  “Kaprizqeyt” skandalından sonra oxucularda sual yaranıb, Oqtay Əsədovun və onun ailə üzvlərinnin bu qədər pulu hardandır?

– Əsədovlar “Facebookun”in sahibi, “Total” neft şirkətinin səhmdarları deyillər, Azərbaycan Respublikasının vətəndaşıdırlar. Normal maaşları var. İndi isə məlum olur ki, spiker Əsədovun ailəsi Moskvada striptiz əyləncə mərkəzini saxlayır. Hansı pul ilə onu alıb? Təbii ki,xalqdan oğurlanmış puldan söhbət gedir.

– Dövlət və respublika deyilən bir sistemdə Parlament sədrinin xanımı Moskvada belə bir biznes açırsa, o, həmin hərəkətlə Parlamentin fatihəsini vermiş olur. Acı da olsa bu reallıqdır, bir az gülməli, bir az da ağlamalı Milli Məclisimizin reallığı.

Bu məsələ ilə bağlı bir sıra ictyimai- siyasi xadimlərin və videobloqçuların da sərt mövqeləri böyük tirajla yayıldı:

Tarix: 20-03-2019, 15:00
Xəbəri paylaş





Xəbər lenti