Son iki ayda atəşkəs cəbhənin Tərtər istiqamətində 86 dəfə pozulub - İcra başçısı


Son iki ayda atəşkəs cəbhənin Tərtər istiqamətində 86 dəfə pozulub
Erməni hərbiçiləri cəbhə kəndlərini atəşə tutması nəticəsində dinc əhali təsərrüfat işləri ilə məşğul ola bilmir.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Rayon rəhbəri Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir.

M. Məmmədov qeyd edib ki, sonuncu monitorinqin keçirildiyi 2019-cu ilin yanvar ayının 15-dən indiyədək atəşkəs rejimi 86 dəfə pozulub. Ötən monitorinqin keçirildiyi istiqamətdə əsasən rayonun Həsənqaya, Qapanlı və Qazyan kəndləri mütəmadi olaraq iriçaplı silahlardan atəşə tutulub.
 
Tarix: 29-03-2019, 08:54
Xəbəri paylaş





Xəbər lenti