Paşinyan müdafiə nazirinin ağzının üstündən... - Politoloqdan AÇIQLAMA


Paşinyan müdafiə nazirinin ağzının üstündən... - Politoloqdan AÇIQLAMA

Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirib.

Publika.az 
xəbər verir ki, politoloq Elxan Şahinoğlu Tonoyanın açıqlamasını şərh edib:

"Vyanada İlham Əliyevlə görüşün nəticələrini pozitiv adlandıran Ermənistanın baş naziri Nikol Paşinyanın bu sözlərindən dərhal sonra Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirdi. Bununla da Vyana görüşünün üstündən özləri xətt çəkdilər, "müsbət impulsdan" əsər-əlamət qalmadı. Hər dəfə belə edirlər.

Azərbaycan XİN Tonoyanın açıqlamasıyla bağlı bəyanat yaydı. Bəyanatın son abzası belədir: “Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?"

Bu sualın cavabını gözləməyə ehtiyac yoxdur. Çünki cavab olmayacaq. Paşinyan müdafiə nazirinin ağzının üstündən vurmayacaq. Tam əksinə, Paşinyanın icazəsi olmasaydı müdafiə naziri artıq ikinci dəfə Azərbaycanı hədələməzdi".

Tarix: 30-03-2019, 23:21
Xəbəri paylaş





Xəbər lenti