İcra başçısı qızların çılpaq videosunda oğlunun adının halanmasından danışdı — AÇIQLAMA

 

Dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosu ilə bağlı xaricdə yaşayan Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır.
Bu sözləri qafqazinfo-ya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev deyib. O bildirib ki, sözügedən videonun çəkilməsində və yayılmasında oğlunun iştirak etməsi ilə bağlı M.Mirzəli tərəfindən Yutubda yerləşdirilmiş video başdan-başa uydurma və cəfəngiyyatdır.
İcra başçısı, eyni zamanda, qeyd edib ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur: "Əgər belə bir biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram. Bu uydurma məlumat, əslində, hüquqi məsuliyyət yaradır. Əgər M.Mirzəli Azərbaycanda yaşamış olsaydı, bu cür ağır ittihamlara görə qanun qarşısında cavab vermiş olacaqdı".
Tarix: 1-04-2019, 15:49
Xəbəri paylaş





Xəbər lenti