Fəhlənin adına şirkət yaradan iş adamı - Teleaparıcıdan növbəti ifşa


           
Fəhlənin adına şirkət yaradan iş adamı - Teleaparıcıdan növbəti ifşa
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində növbəti araşdırma tamaşaçılara təqdim edilib.

Metbuat.az xəbər verir ki, Yadigar Həsənov verilişə müraciət edərək onun adına küllü miqdarda borc yığıldığını, amma özü sadəcə fəhləliklə məşqul olduğunu bildirib.

Araşdırmalar zamanı məlum olub ki, bu borc həqiqətdir və fəhlə adamın adına 5 böyük şirkət yaradılıb. Amil Xəlil ən kiçik şirkətin vergi borcunu elə efir vasitəsilə yoxlayıb. Qısa zamanda məlum olub ki, bunu Namiq adlı iş adamı edib. O, fəhlənin şəxsiyyət vəsiqəsi ilə bu əməli törədib.

Qısa zamanda Yadigara yardım ediləcəyi bildirilib.


Tarix: 1-04-2019, 22:38
Xəbəri paylaş





Xəbər lenti