Mülki geyimli DYP əməkdaşı protokol yazır? - FOTO

 






Bir müddət əvvəl Dövlət Yol Polisi (DYP) əməkdaşının mülki geyimdə protokol yazdığına dair görüntülər yayılıb.

Siam.az  oxu.az-a istinadən xəbər verir ki, fotodan mülki geyimli DYP əməkdaşı olduğu iddia edilən şəxsin "KİA" markalı, 90 YP 586 dövlət nömrə nişanlı avtomobildə xidmət apardığı görünür.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev oxu.az-a bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

"Məsələ ilə bağlı araşdırma aparılır. Yekun nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".




Tarix: 4-04-2019, 15:28
Xəbəri paylaş





Xəbər lenti