“Azərbaycan müharibəyə hazırlaşır- Biz təcili səfərbər olmalıyıq!..”


Deyirik, ermənilər bizdən qorxur, bəs nə vaxt onları bu qorxu ilə torpaqlarımızdan qaçmağa məcbur edəcəyik?..




Ermənistanın bəzi siyasi dairələri Qarabağla bağlı son Vyana danışıqlarının nəticələrinə bədbin yanaşır. Bu,  "Akunk" siyasi-analitik mərkəzinin rəhbəri və təcavüzkar ölkə parlamentinin keçmiş üzvü Ruben Akopyanın həmin danışıqlara münasibətindən də bəlli olub. 

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, erməni politoloq ATƏT-in Minsk Qrupu həmsədrlərinin son  bəyanatında  “Vyana və Sankt-Peterburqda Azərbaycan prezidentləri arasında “Azərbaycanın dəfələrlə pozduğu” atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı razılaşmaların əks olunmamasından” narahatlığını ifadə edib.
 
Keçmiş deputat  müdafiə naziri D.Tonoyanın Nyu-Yorkdakı son təcavüzkar xislətli bəyanatını alqışlasa da,  Ermənistan cəmiyyətindəki hakimiyyət başındakıların bölücü bir siyasətinin nəticəsi kimi formalaşmış qarşılıqlı nifrət mühitinin təhlükəli olduğunu vurğulayıb.  

Digər tərəfdən, R. Akopyan Azərbaycanın müharibəyə hazırlaşmasından əmin olduğunu da ifadə edib: 

“Əminəm ki, Azərbaycan müharibəyə hazırlaşır və Ermənistan tərəfi bu çağırışlara cavab vermək üçün təcili olaraq gücləri səfərbər etmək məcburiyyətindədir...”

P.S. Deyirik, ermənilər Azərbaycandan qorxur, bəs nə vaxt onları bu qorxu ilə torpaqlarımızdan qaçmağa məcbur edəcəyik?..

Sultan Laçın
Tarix: 5-04-2019, 22:28
Xəbəri paylaş





Xəbər lenti