Azərbaycan erməni nazirin hədəsinə NECƏ CAVAB VERMƏLİ İDİ?


Azərbaycan erməni nazirin hədəsinə NECƏ CAVAB VERMƏLİ İDİ?





"Zakir Həsənov David Tonoyanın bəyanatına cavab olaraq erməni postlarını havaya uçurtmalı idi"

Elxan Şahinoğlu: "Elmar Məmmədyarovun təbirincə, Zakir Həsənov işğalçını hədələməməlidir?"

Zeynal Əmrəliyev: "Cəbhədə baş verəcək hər hansı təxribatın qarşısını vaxtında almaq üçün ordunun mövqeləri daha da gücləndirilməlidir"

Məhəmməd Əsədullazadə: "Biz Ermənistan tərəfinə sözdə deyil, əməldə cavab verməliyik"

“Müdafiə nazirimiz Zakir Həsənov erməni nazir David Tonoyanın azğının üstündən vurub. İndi Elmar Məmmədyarovun təbirincə, Zakir Həsənov işğalçını hədələməməlidir? Elmar Məmmədyarov sanki demək istəyir ki, hərbi kontekst olmazsa guya illərdir erməni həmkarıyla apardığı mənasız danışıqlar sülh gətirəcəkmiş"

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər nifrəti necə azaltmağın yollarını axtara bilər: "Biz insanlar arasında münasibətlərin yaranması, məzarların ziyarət edilməsi, hətta jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması ilə bağlı fikrirləri qəbul edirik".

Vyana görüşünün yeni başa çatdığını və yekunda bəyanatın qəbul edildiyini vurğulayan Məmmədyarov qeyd edib ki, bəyanatdan 3 saat sonra Ermənistanın müdafiə naziri bəyan edib ki, artıq onun yeni formulu var və bu, "ərazi üçün sülh" yox, "yeni müharibə-yeni ərazilər" formuludur: "Bu böyük çaşqınlıq yaradır. Biz bir tərəfdə müsbət irəliləyişlər əldə edirik, digər tərəfdə Ermənistanın müdafiə naziri David Tonoyan yeni çətinliklər yaradır. Bu, üzərində işləməli olduğumuz işlərdən biridir, ancaq bunu biz özümüz edə bilmərik. Ermənistan nəsə etməlidir. Bir şey anlaşılmalıdır ki, ilhaq, separatizm bu gün beynəlxalq əlaqələrdə işləmir. Onlar bu gün kimlərsə tərəfindən həvəsləndirilə bilərlər. Lakin yenə deyirəm, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ərazi bütövlüyü, suverenlik və beynəlxalq sərhədlər prinsipini açıq əks etdirir. Biz bu mövzuda açığıq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər şey müzakirə edilə bilərik. Lakin bir şey dəqiqdir ki, hərbçilər geri çəkilməlidir. Nə qədər ki, hərbçilər üz-üzədir, bu, nizamlanma əvəzinə problem yaradır".

Zakir Həsənov Elmar Məmmədyarovun açıqlamasının tam əksinə, ölkəmizin hər an rahat şəkildə döyüşlərə başlaya biləcəyini bəyan edib

ÐаÑÑинки по запÑоÑÑ ZAKÄ°R HÆSÆNOV

Bu arada, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov isə AzTV-yə müsahibəsində Elmar Məmmədyarovun açıqlamasının tam əksinə, ölkəmizin hər an rahat şəkildə döyüşlərə başlaya biləcəyini bəyan edib: "Ordunun döyüş hazırlığı elə bir anlayışdır ki, onun həddi yoxdur. Ən yüksək səviyyəli ordularda döyüş hazırlığı davam edir. Baxın, görün Azərbaycan Ordusunun silahlanmasında hansı silahlar var? Mən müdafiə naziri kimi deyirəm ki, "Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir. Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Söhbət təkcə sursatdan getmir. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Zirehli texnikanın modernizasiyası keçirilir. "Azərsilah" 1000-dən çox çeşiddə silah-sursat istehsal edir". Eyni zamanda, Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı hədələyici bəyanatına münasibət bildirən Zakir Həsənov Tonoyanın başçılıq etdiyi ordunun vəziyyətindən xəbəri olmadığını vurğulayıb: "Hər sözü demək olar. Amma dediyin sözü yerinə yetirmək üçün imkanlar da olmalıdır. David Tonoyan bilirsiniz ki, hərbçi deyil və görünür, onun başçılıq etdiyi ordunun vəziyyətindən xəbəri yoxdur. Azərbaycan iqtisadi gücünü və bunun nəticəsində hərbi qüdrətini durmadan artırır. Ermənistanda isə bunun əksi baş verir. Prezident İlham Əliyev tamamilə düzgün qeyd edib ki, erməni ordusunun gücü haqda mif dağılıb. Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi üçün Ermənistan iqtisadiyyatı çökür. Bu gün görürük ki, Ermənistanda hər gün etirazlar, narazılıqlar baş verir. İnsanlar küçələrə çıxır. Deməli, bu cür bəyanatlar verib ictimaiyyətin diqqətini problemlərdən yayındırmaq lazımdır. Digər tərəfdən, o həmin sözləri harada deyib? Nyu-Yorkda, erməni icmasının qarşısında. Niyə deyib? Çünki ora pul dilənməyə getmişdi. Ondan əvvəlkilər pul istəyəndə, dilənəndə deyirdilər ki, pul verin, "lapatka" alaq, yeri qazaq, çünki türklər üstümüzə gəlir. İndikilər bir az çox pul istəyir, deyirlər "lapatka" yox, nəsə müasir silahlar alaq, azərbaycanlılar hücum edəcək. Mən tam əminliklə deyirəm, Ermənistanın, onun ordusunun bizə hücum keçməyə nə iqtisadi imkanı var, nə yetərli hərbi imkanı, silahı. Artıq 90-cı illər deyil. Mən onun bəyanatını eşidəndə dedim, nə olardı, kaş hücuma keçərdilər. O zaman mən Tonoyanla İrəvanda görüşərdim. Boş-boş danışmaqla erməni xalqını aldatmaq daha mümkün deyil. O vaxtlar da deyirdilər ki, Ohanyan xəttini bu yana keçmək olmaz. Amma cəmi 18 dəqiqəyə keçdik. Bütün imkanlarını yığsalar aprelin 3-4 qatı olacaq. Mən bu anı səbrsizliklə gözləyirəm".

"Məmmədyarov sanki demək istəyir ki, hərbi kontekst olmazsa guya illərdir erməni həmkarıyla apardığı mənasız danışıqlar sülh gətirəcəkmiş"

ÐаÑÑинки по запÑоÑÑ Elxan ÅahinoÄlu

Beləliklə, "Hürriyyət" xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə səsləndirdiyi fikirlər yetərincə düşündürücüdür: "Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı belə bir cümlə işlədib: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər nifrəti necə azaltmağın yollarını axtara bilər. Biz insanlar arasında münasibətlərin yaranması, məzarların ziyarət edilməsi, hətta jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması ilə bağlı fikirləri qəbul edirik". İnsanlar arasında ünsiyyəti və məzarların qarşılıqlı ziyarətini anladım, "jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması" nə deməkdir? Nazir "oradan" deyərkən haranı nəzərdə tutur? Nazirin bir başqa cümləsi də düşündürücüdür: "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər şey müzakirə edilə bilərik. Lakin bir şey dəqiqdir ki, hərbçilər geri çəkilməlidir. Nə qədər ki, hərbçilər üz-üzədir, bu, nizamlanma əvəzinə problem yaradır". Hərbçilər niyə geri çəkilməlidir? Müdafiə nazirimiz Zakir Həsənov erməni nazir David Tonoyanın azğının üstündən vurub. İndi Elmar Məmmədyarovun təbirincə, Zakir Həsənov işğalçını hədələməməlidir? Elmar Məmmədyarov sanki demək istəyir ki, hərbi kontekst olmazsa guya illərdir erməni həmkarıyla apardığı mənasız danışıqlar sülh gətirəcəkmiş".

"Paşinyan və Tonoyan tərəfindən verilən bəyanatları Azərbaycan lazımı şəkildə istifadə etməli, Ermənistana qarşı neqativ tendensiyaları gücləndirməlidir"

Nəzərinizə çatdıraq ki, Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra bir çox bəyanatlar verdiyini xatırladan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə azpolitika.info-ya müsahibəsində qeyd edib ki, Paşinyan və Tonoyan tərəfindən verilən bəyanatları Azərbaycan lazımı şəkildə istifadə etməli, Ermənistana qarşı neqativ tendensiyaları gücləndirməlidir: "Paşinyanın iki məşhur bəyanatı var, bunlardan biri danışıqların formatı, digəri torpaqları sülhə dəyişməyəcəkləri haqda olub. Hətta sonuncu bəyanatının davamı olaraq bir səhnə də qurub. Gedib tarixi Azərbaycan torpaqlarında Təhlükəsizlik Şurasının toplantısını keçirib. Bu addımlardan sonra aydın oldu ki, Azərbaycan üçün danışıqların mənası qalmır. Yəni belə durumda hətta danışıqların imitasiyasını da yaratmaq qeyri mümkündür. Erməni nazirlərin bəyanatı göstərir ki, ermənilərin mövqeyi dəyişməyib və görüntü yaratmaq üçün də heç bir əsas yoxdur. İstisna etmirəm ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşləri təşkil olunacaq, amma real nəsə gözləmək yersizdir. Çünki verilən bəyanatlar, Ermənistan tərəfinin danışıqlara münasibəti göstərir ki, indiki dialoq Sarkisyanın vaxtında olan danışıqlardan da pis durumdadır. Sarkisyan zamanı danışıqların imitasiyası həyata keçirilirdi, məqsəd danışıqları uzatmaq idi və deyilmirdi ki, torpaqları azad etməyəcəyik. Amma Paşinyan açıq deyir ki, torpaqları azad edən deyilik. Əgər, azad etmirsənsə, bu zaman danışıqlara nə ehtiyac var? Hesab edirəm ki, Paşinyan və Tonoyan tərəfindən verilən bəyanatları Azərbaycan lazımı şəkildə istifadə etməlidir. Həmçinin Ermənistana qarşı neqativ tendensiyaları gücləndirməlidir".

"Ermənilər görməlidir ki, onların hər hansı bir sözünə necə cavab verilir"

ÐаÑÑинки по запÑоÑÑ Zeynal ÆmrÉliyev

Elmar Məmmədyarovun fikirləri ilə müəyyən mənada razılaşmadığını deyən siyasi şərhçi Zeynal Əmrəliyev "Hürriyyət"ə açıqlamasında bildirib ki, indiki şəraitdə cəbhə xəttində ordumuzun mövqeləri daha da gücləndirilməlidir: "Qoşunların geri çəkilməsi ilə bağlı fikirlərlə razı deyiləm. Əksinə, indiki şəraitdə cəbhə xəttində ordumuzun mövqelərinin daha da gücləndirilməsini təklif edərdim. Zakir Həsənovun isə Tonoyana verdiyi cavab yerində bir cavab oldu. Buna rəğmən, yenə deyirəm, cəbhədə baş verəcək hər hansı təxribatın qarşısını vaxtında almaq üçün ordunun mövqeləri əlavə qüvvələr cəlb edilməklə daha da gücləndirilməlidir. Ermənilər görməlidir ki, onların hər hansı bir sözünə necə cavab verilir. Cənab nazir bu bəyanat yerinə Brüsseldə ermənilərin danışıqların aktiv şəkil aldığı bu vaxtda vəziyyəti gərginləşdirmək üçün necə sərsəm bəyanatlarla çıxış etdiyi izah edə və buna veriləcək real cavabı izah edərdi. Dövlət başçısının da hər bəyanatında müharibənin xalqımızın müstəsna hüququ olduğu vurğulanır. Məmmədyarov da bu bəyanatı səsləndirsə yaxşı olardı. Cünki bugünlərdə bu bəyanatın əsl yeri idi".

"Sülh və humanitar əlaqələrin bərpası və nifrətin aradan qaldırılması üçün ilk növbədə, erməni işğalçı ordusu geri çəkilməlidir"

ÃÂÃÂÃÂÃÂÃÂÃÂÃÂþÃÂÃÂÃÂÃÂÃÂÃÂÃÂþÃÂÃÂÃÂöÃÂÃÂÃÂõÃÂÃÂÃÂõ ÃÂÃÂÃÂøÃÂÃÂÃÂ÷ÃÂÃÂÃÂþÃÂÃÂÃÂñÃÂÃÂÃÂÃÂÃÂÃÂÃÂðÃÂÃÂÃÂöÃÂÃÂÃÂõÃÂÃÂÃÂýÃÂÃÂÃÂøÃÂÃÂÃÂõ

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Elmar Məmmədyarovun Brüsseldə səsləndirdiyi fikirlər əsasən Ermənistan cəmiyyəti üçün şamil olunur: "Hesab edirəm ki, Ermənistan tərəfi nə qədər ki, əraziləri işğalda saxlayır, Azərbaycan tərəfinin onlara qarşı müsbət yanaşması olmayacaq. Sülh və humanitar əlaqələrin bərpası və nifrətin aradan qaldırılması üçün ilk növbədə, erməni işğalçı ordusu geri çəkilməlidir. Hazırkı məqamda Ermənistanın buna gedəcəyi mümkün görünmür. Çünki Vyanada keçirilən görüş fonunda Ermənistanın müdafiə naziri Tonoyanın Nyu-Yorkda yeni ərazilərin ilhaqı barədə bəyanatı məhz işğalçı ölkənin güzəştə getməyəcəyini göstərir".

"Güc tətbiqi ilə İrəvanı real mərhələli danışıqlara cəlb etmək üçün əlverişli məqam yaranıb"

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi ilk növbədə, Ermənistanın müdafiə nazirinin bəyanatına adekvat olaraq hərbi təzyiqləri bərpa etməlidir: "Biz Ermənistan tərəfinə sözdə deyil, əməldə cavab verməliyik. Söz elə söz olaraq qalır. Bizim torpaqlarımız işğal altındadır və Tonoyanın bəyanatı ölkəmiz əleyhinə ciddi təhddidir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov David Tonoyanın bəyanatına cavab olaraq cəbhədə erməni postlarını havaya uçurtmalı idi. Biz rəsmi Bakıdan qətiyyətli cavab gözləyirik. Danışıqlar naminə danışıqların aparılması qəbuledilməzdir. Düzdür, rəsmi Bakı prinsipial mövqe tutub. Heç bir qarış torpağı kompromisə danışıqlara salmır. Qeyd edim ki, Ermənistan tərəfi hazırda işğal olunmuş ərazilərdə yeni birləşmələr yerləşdirir və müdafiəni gücləndirir. Bu o deməkdir ki, Ermənistan Qarabağda hər hansı işğal faktorunun aradan qaldırılmasına hazırlaşmır. Azərbaycan Silahlı Qüvvələri üçün artıq münbit şərait yetişib. Belə ki, güc tətbiqi ilə İrəvanı real mərhələli danışıqlara cəlb etmək üçün əlverişli məqam yaranıb".//Hurriyyet.org//

 

Tarix: 6-04-2019, 15:17
Xəbəri paylaş





Xəbər lenti